Cavid Qurbanovun maşın manyakı olan məmuru – FOTOLAR

09.02.2016 - 21:36

Cavid Qurbanovun kadrının oğlunun daha bir milyonluq maşını üzə çıxdı

pul-korrupsiyaCumhuriyyet.az sfera.az-a istinadən xəbər verir ki, “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahib olması geniş rezonans doğurub. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Prezdent İlham Əliyev dövlət pullarına qənaət etmək üçün məmurlara tövsiyyə etmişdi ki, Naxçıvanda yığılan «NAZ-Lifan» avtomobilləri alsınlar. Kazımovlar ailəsi isə zavodda istehsal olunan maşınları bəyənmir və əlavə sifarişlər verərək ikiqat qiymətə maşın alırlar. Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi.

yy uu rr tt

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır. C.Qurbanov “Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir.C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edib. Yeni məlumata  görə, Vüsal Kazımov bu yaxınlarda Azərbaycana daha bir bahalı avtomobil gətirdib. «Mercedes-Brabus 850» markalı bu avtomobil 500 min dollardan baha gəlsə də, Vüsal Kazımov həmin avtomobili sifarişlə hazırlatdırdığı üçün 1 milyon dollara yaxın pul ödəyib.

rr tt yy uu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52872

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930