Qorxmaz Hüseynovun ətrafında Miriyevlər imperiyası: Türkiyədə 3 yan-yana villa – VİDEO

28.03.2016 - 03:26

qorxmazh“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, ASC-nin elan etdiyi tenderlərin qənimi “Hidro İnşaat Servis” MMC rəhbəri Yavər Miriyev barəsində bir sıra faktlar açıqlanıb. Belə ki, BTV-ə daxil olan məlumata görə, dövlətin su və kanalizasiya layihələrinə ayırdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsində mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Miriyevlər əllərindəki vəsaitləri xaricə çıxarmağa başlayıb.
Bu vəsaitlərin çoxusu Türkiyəyə gedir. Məhz buna görə də Miriyevlər qardaşlarının Türkiyədə 3 yan-yana villası var. Məlumatda deyilir ki, Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkib. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb.
BTV-yə verilən digər məlumatda isə bildirilir ki, Miriyevlər qardaşlarının təkcə Türkiyədə yox eyni zamanda Bakı şəhər “Vişnyovka”da da böyük bir sahəni əhatə edən üç villası var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür.
Bundan başqa, Yavərə Miriyevə məxsus “Albalıq” bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. Deyilənə görə, Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.
Qeyd edək ki, “Azərsu” ASC-nin podratçı şirkətlərindən sayılan “Hidro İnşaat Servis” MMC Qormaz Hüseynovun “ailə şirkəti” adlandırılıb. Çünki qurumun elan etdiyi bütün tenderləri məhz sözügedən MMC udub və bununla bağlı mediada da xeyli məlumat yayılıb.
Məsələ ilə bağlı adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı!

Short URL: http://www.cumhuriyyet.net/?p=58891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31