Şamaxı İH başçısından BTV-yə təhqir və təhdid – VIDEO

31.03.2016 - 12:35

asif-aqayevXəbərdən qıcıqlananan və kimlərisə öyrədib bizə hücüm elətdirən başçı niyə hər hansı sakinin şikayətini, dərdini, problemini belə tez eşitmir?

Ötən günlərdə Şamaxının təvazökar icra başçısının villaları haqqında sizə məlumat vermişdik. Məlumatda bildirmişdik ki, icra başçısının villa sevdası bitib,tükənmək bilmir, ona görə də nağaraxana kəndini də zəbt edərək orada villalar tikdirir.

Bu gün isə bu məsələ ilə əlaqədar televiziyaya İcra başçısının qohumu olan Fəqan adlı şəxs zəng vuraraq bu metarialı hazırladığımız üçün bizi təhdid etdi… Bununla ürəyi rahatlanmayan bu şəxs bir qədər də irəli gedərək btv.az-ın şəxsi facebook səhifəsinə təhqir dolu ifadələr yazıb.Araşdırmamız nəticəsində məlum oldu ki, bu şəxs Sabirabad rayonunun polis şöbəsində polis zabitinin övladıdır. Həmin şəxs isə Asif Ağayevin bacanağıdır.

Göründüyü kimi o yazdığı mesajlarda orada villanın olması xəbərini təkzib edir lakin bulaq ətrafinin zəbt olunduğunu da inkar etmir.
Belə bir yerdə “soğan yeməmisənsə için niyə göynəyir?” misalı tam yerinə düşür. Xəbərdən qıcıqlananan və kimlərisə öyrədib bizə hücüm elətdirən başçı niyə hər hansı sakinin şikayətini,dərdini, problemini belə tez eşitmir? Əlbəttə Prezidentin tapşırığını eşitməyən bir başçının sakinlərin şikayətini eşidə bilməsi hər halda gülünc olar.
Cənab başçı nəzərinizə çatdırırıq ki, biz xalqın verdiyi məlumatı işıqlandırmışıq, unutmayın ki, xalq heç vaxt səhv etmir! Çünki xalqın gözü tərəzidir!
Qeyd edək ki, BTV-yə olunan bu təhqir və təhdidlərə görə artıq btv rəhbərliyi aidiyyatı qurumlara müraciət etdiyini bildirib.(bolgexeber.com)

Bölmə: Gündəm |

Short URL: http://www.cumhuriyyet.net/?p=59402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31