Sumqayıt bələdiyyəsində həbs kabusu: Əbülfəz Babayev dalınca kimi aparacaq?

19.05.2016 - 03:14

yyÖlkəmizin 3-cü ən böyük şəhəri olan Sumqayıtda keçmiş bələdiyyə sədri Əbülfəz İsmayıl oğlu Babayevi tanımayan yoxdur. Belə ki, bu adam 10 il Sumqayıt Şəhər Bələdiyyəsinə sədrlik edib. Amma aparılan araşdırmalar göstərir ki, Əbülfəz Babayevin Sumqayıta və şəhər camaatına bu illər ərzində heç bir xeyri dəyməyib. Bu barədə az sonra ətraflı danışacağıq.
Məlumat üçün qeyd edək ki, hələ Əbülfəz Babayev vəzifə başında olarkən onun korrupsiya əməlləri ölkə ictimaiyyəti üçün açıqlanıb, hətta Sumqayıt Şəhər Bələdiyyəsinin üzvləri bir neçə dəfə Əbülfəz Babayevin bələdiyyə sədri postundan istefa verməsi üçün bələdiyyənin ümumi yığıncağını keçirib və  həm onun özünə, həm də müvafiq dövlət qurumlarına müraciət ediblər. Lakin nədənsə buna nail ola bilməyiblər. Görünür, hansısa maraqlı qüvvələr israrla Əbülfəz Babayevin bələdiyyə sədri postunda qalmasında maraqlı olub. Amma nəticədə Babayevin himayədarları onu sonadək qoruya bilmədi və ötən ilin sonlarında bu şəxs vəzifəsi ilə vidalaşmalı oldu. Amma bununla məsələ bitmir. Belə ki, cumhuriyyet.az-a daxil olan informasiyaya görə, Əbülfəz Babayev bələdiyyəyə rəhbərlik etdiyi illərdə dövlət tərəfindən ayrılan dotasiyaları, eyni zamanda yerli özünüidarə orqanının büdcəsinə yığılan vergi vəsaitlərini öz bildiyi şəkildə xərcləyib. Bu səbəbdəndir ki, Ə.Babayev vəzifədən kənarlaşdırılmaqla yanaşı Sumqayıt Şəhər Prokurorluğunda onun haqqında cinayət işi qaldırıldı və şəhər bələdiyyəsində onun fəaliyyətinin araşdırılması üçün də komissiya yaradıldı. Komissiyanın fəaliyyəti və əldə olunan nəticələr haqda məlumat almaq üçün hələ vəzifədə olarkən Ə.Babayevin korrupsiya fəaliyyətinin ifşasında xüsusi fəallıq edən və bu gün də sözügedən komissiyanın sədri Yusif Salmansoyla əlaqə saxladıq. Yusif bəy cumhuriyyet.az-a açıqlamasında komissiyanın yaradılması faktını təsdiqlədi: “Bəli belə bir komissiya yaradılıb. Əbülfəz Babayevin son illər fəaliyyəti elə bir həddə idi ki, onun vəzifədən uzaqlaşdırılması ilə kifayətlənmək olmazdı. Çünki milyon manatlarla dövlət vəsaiti mənimsənilib ki, bu vəsaitlər ya könüllü, ya da məhkəmə və ya digər inzibati orqanların vasitəsilə bələdiyyənin boş qalan büdcəsinə qaytarılmalıdır. Komissiyanın məqsədlərindən biri də yarandığı zaman Babayevin korrupsiya əməllərinə yardım və yataqlıq edənlərin sədr və müavin vəzifələrini tutmasını əngəlləmək, hətta bələdiyyədən Babayevin ardınca kənarlaşdırılmasını təmin etməkdir. Hər kəs əməlinin bədəlini ödəməlidir, nəinki həyasızlıq edərək yüksək vəzifələrə iddialı olmalıdır”. Yusif bəy bizimlə söhbətində baş verən qanunsuzluqlarda, maliyyə pozuntularında Ə.Babayevin tək məsul şəxs olmadığını da bildirdi: “Sözsük ki, bələdiyyə sədri kimi, Əbülfəz Babayev əsas günahkardır. Amma bu işdə o tək deyildir.  Azərbaycan prezidentinin 12 fevral 2010-cu il tarixli sərəncamı ilə bələdiyyə vəsaitləri təyinatı və məbləği dəqiq göstərilməklə bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə istifadə olunmalıdır. Xərclənən maliyyə vəsaitləri haqda qərarlar bələdiyyənin ümumi yığıncağının gündəliyinə çıxarılmadan, bələdiyyə üzvlərindən gizlin, sədr Ə.Babayev və yığıncağın ştatlı katibi A.Kərimovtərəfindən imzalanaraq sonradan yığıncağın protokoluna əlavələr edilmişdir. Əbülfəz Babayev və Akif Kərimov əlbir olaraq faktiki sənədləri saxtalaşdırıb, Bakıya, Ədliyyə Nazirliyinə saxta, özlərinin artırmaları ilə sənəd göndəriblər. Komissiya bütün bu məsələləri araşdırır və hazırda araşdırma davam etdiyindən əlavə məlumatlar sonra veriləcək”.
Mötəbər mənbələr cumhuriyyet.az-a bildirirlər ki, ayağında milyonlarla yeyinti olan Sumqayıt bələdiyyəsinin keçmiş sədri ilə bağlı zəruri materiallar hazırda prokurorluq orqanlarında araşdırılır: «Onun vəzifədə olarkən törətdiyi qanunsuz əməllərə yəqin ki, yaxın vaxtlarda hüquqi qiymət veriləcək. Əbülfəz Babayev elə hesab edir ki, vəzifəsini təhvil verməklə işi bitib. Amma əsas məsələ bundan sonrasıdır. O 10 il ərzində qeyri-qanuni yolla əldə etdiyi bütün mülkləri dövlətə qaytarmalı olacaq. Keçmiş sədrin həbs təhlükəsi gündən-günə daha da yaxınlaşır».
Araşdırmalarımız davam edir. Yazını daha kəskin faktlarla genişləndirəcəyik. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Maraqlıdır ki, ayağında on milyonlarla yeyinti olan, adı bir sıra qalmaqallarda hallandırılan keçmiş bələdiyyə sədri hələ də həbs olunmur. Görəsən, onun həbsini hansı sehirli qüvvələr əngəlləyir. Bu haqda növbəti yazımızda tükürpədən faktları açıqlayacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=64497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728