Əbülfəz Qarayev prezidenti necə aldatdı: Bir sərəncamın izi ilə

20.05.2016 - 01:44

ebulfezqarayevBir neçə gün öncə, yəni 06 may 2016-cı il tarixdə Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət xadimlərinə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamı diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Cəfərova Bəsti Əli qızı
Əhmədov Cəfər Namiq Kamal oğlu
Haşımova Şahnaz Həsən qızı
Qarayev Yasin Mikayıl oğlu
Məhərrəmov Məbud Əliəsgər oğlu
Muradova Təranə Hüseyn qızı
Salmanlı Ağaxan Əli oğlu
Yusupova Şükufə Mühəddin qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
01 yanvar 2015-ci il tarixdən qadınların təqaüdə çıxmaları üçün yaş həddi 60 yaş müəyyən edildiyini nəzərə alaraq, Gəncə Şəhər Filarmoniyasının ali təhsili olmayan direktoru Şahnaz Haşımovanın yaşının 59 olması, onun adını qabaqcıl mədəniyyət işçisi kimi Prezident təqaüdçiləri siyahısınasalıb. Bu dəfə də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ölkə başçısını aldatmağa çürət edib. Bu dəfə sözünü ona görə istifadə edirik ki, çünki, o, ötən il də Gəncədə Qəmbər Hüseynli adına musiqi kollecinin direktoru Gülçin Mirzəyevaya da, təhsil sahəsində çalışmasına baxmayaraq “əməkdar mədəniyyət işçisi ” fəxri adının verilməsi, yenə də mədəniyyət nazirliyi tərəfindən təqdim olunmuşdu. Xatırladaq ki, G.Mirzəyeva fəaliyyət göstərdiyi illər ərzində bir gündə olsa belə, mədəniyyət sahəsində çalışmayıb. Ölkə başçısının sərəncamlarına məsuliyyətsiz yanaşan mədəniyyət nazirliyinin, görəsən gəncəli xanımlara bu cür canfəşanlıq göstərməsi nədən irəli gəlir? Əgər atılan addımlar Gəncə şəhərinə göstərilən diqqətdən irəli gəlirsə, o halda mədəniyyət sahəsində çalışan və yaşı altmışı keçənlər də nəzərə alınardı. Görünür özlərini ən kasıb nazirlik adlandıran Mədəniyyət və Turizm Nazirliyi, kimin hansı potensiala malik olmasını və ya da turizm sektoru hesabına maliyyələşməsini hələlik dəqiqləşdirə bilmir. (Bu daha aktual məsələdir. Bu haqda da növbəti sayımızda bəhs edəcəyik)
Ali təhsili olmayan və uzun illər ərzində Gəncə Filarmoniyasına direktorluq edən (yiyələnən desək lap yerinə düşər) Şahnaz Haşımova, bu gün gah özünü Elmar Vəliyevin qohumu kimi təqdim edir, gah da “daydayı”sının Mədəniyyət və Turizm Nazirliyində əsas fiqurlardan biri hesab olunan Ədalət Vəliyev olduğunu açıq deməkdən də çəkinmir. Hər il maaş kartları dəyişən ərəfədə isə, tabel tutub yay məzuniyyət günlərinin hesabına həddi-hüdudu bilinməyən maliyə maxinasiyası etməkdən çəkinməyən, ali təhsili olmayan Şahnaz Haşımovaya, Azərbaycan Respublikası qanunvericiliyindən kənara çıxaraq yaşının 60-a çatmasına ilyarım qalmış təqaüd verilməsi təklifi, bu dəfə Mədəniyyət və Turizm Nazirliyinin mövcud qanunvericiliyimizə etinasızlığından başqa bir şey deyil. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, belə bir addımını atanda ya Azərbaycan qanunvericiliyə əhəmiyyət verməyib, ya da ki, bu kimi məsələlərlə nazir müavini Ədalət Vəliyev məşğul olub? Hər iki halda nəticə onu isbat edir ki, ölkə başçısı adı çəkilən qurumun səlahiyyətliləri tərəfindən aldadılıb. Şahnaz Haşımova ilə bağlı onu da qeyd edək ki, o, onu təbrik edənlərə “gələn il də Prezident təqaüdünü həyat yoldaşım Eldar üçün alacağam” deməkdən də çəkinmir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, mövcud qanunvericiliyimizə zidd olmasına baxmayaraq, filarmoniya direktorunun bütün ailə üzvləri elə adı çəkilən filarmoniyada stat cədvəli üzrə vəzifə daşıyırlar. Haşımova bütün yaxın çevrəsini işə götürməklə, sanki “ailə ansamblı” yaradıb. Həmin şəxslər işə gəlməsələr də, heç bir söz-söhbət olmadan maaşlarını ala bilirlər. Müharibə gedən bir ölkədə görünür hərə bir yolla büdcəni talayır ki, Haşımova da həmin şəxslərdən heç də geridə qalmır.
Ş.Haşımova mötəbər titul hesab olunan “Prezident təqüdü”nü kimlərin köməkliyi ilə necə alıbsa, həmin titul ona sanki bazar iqtisadiyyatını xatırladır. Əgər əvvəllər, yəni sovet dönəmində hansısa alimə, incəsənət sahibinə belə bir titul vermək lazım gəlirdisə, onun üçün uzun illər gəlib keçməli idi. Görünür Şahnaz Haşımovanın və Gülçin Mirzəyevanın nazirlik tərəfindən irəli sürülmüş təqdimatında, onun bacısının rolu böyük olub.
Qəmbər Hüseynli adına Gəncə musiqi kollecinin direktoru Gülçin Mirzəyevanın bacısı, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma xanım Abdullazadənin köməkçisi vəzifəsində çalışır. Onu da qeyd etmək yerinə düşər ki, Gəncə Filarmoniyasında olduğu kimi, elə musiqi kolleci də düz 30-40 ildir ki, ailə podratı əsasında idarə olunur. Belə ki, hələ sovet dönəmindən Gülçin Mirzəyevaya qədər Gəncə Musiqi Kollecinin direktoru onun qayınatası mərhum Vahid müəllim olmuş, sonradan o, daşıdığı vəzifəsini varisi olaraq gəlini Gülçin Mirzəyevaya həvalə etmişdir.
Şahnaz Haşımovanın bacısı isə, özünün vikipediyada qeyd etdiyi kimi, müğənni Aybəniz Haşımovanın böyük bacısıdır. Səhnəyə də ondan əvvəl qədəm qoyub. O, hətta Prezident təqaüdü almaq üçün, vikipediyada öz tərcümüyi-halını saxtalaşdırmaqdan belə çəkinməyib. Belə ki, orada yazılıb ki, “Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, Gəncə Dövlət Filarmoniyasının “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq da edir.
Əslində o, orta ixtisas təhsillidir. Yəni, ali təhsili olmadığına baxmayaraq, hələ də filarmoniyaya direktorluq edir, vikipediyada özü haqqında yazdığı kimi, bu gün bədii rəhbər deyil. Bütün dünyanın istifadə etdiyi internet istifadəçilərinin istinad göstərdikləri vikipediyada, bu cür yalnış məlumatlar yazmaq nəyə lazımdır?
P.S. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyi ən kasıb nazirlik hesab olunsa da, qazanc əldə etməyin yolunu titul sövdələşdirməsində tapıblar. Ancaq hansı şəkildə olursa olsun, bir kimsə tutduğu vəzifəsindən asılı olmayaraq yanlışdığa yol verdikdə düşünməlidir ki, o bu yalnışlığı edərkən, xalqının inamını heçə endirmiş olur. Vətəndaş məmurdan özbaşınalıq, qanunlara etinasızlıq, sayqısızlıq görəndə o, ilk növbədə onu aldadan, bilərəkdən səhvə yol verən məmurdan deyil, Prezidentindən inciyir.

Mehriban Əzizqızı, “Gündəm Xəbər”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930