“Dəmir Bank”da müdhiş qanunsuzluq: ƏMANƏTÇİLƏRİN PULLARINI QAYTARILMIR

25.05.2016 - 00:23

rrBir qrup şəxs pullarını Dəmir Banka etibar edərək əmanət şəklində ora qoyduqlarını, ancaq bir neçə vaxtdır ki, pullarını geri almaq istədikləri halda bankın min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmədiyini bildiriblər.
Əmanətçilər arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir. Şikayətçilər hələ ki adlarının çəkilməsini istəmirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Dəmir Bank onların əmanətlərini qaytarmayacağı təqdirdə əllərindəki rəsmi müqavilələri, pulların mədaxil orderlərini, əmanət kitapçalarını KİV-də yayacaqlarını və məhkəməyə müraciət edəcəklərini bildirirlər.
Bankların əmanətləri qaytara bilməməsi ilə bağlı ekspert Əkrəm Həsənov bildirdi ki, əgər bank əmanətləri qaytara bilmirsə, bu o deməkdir ki, bankın vəziyyəti pisdir. Vətəndaş pulunu tələb etdiyi andan 5 iş günü ərzində bank pulu qaytarmalıdır. Qanun bunu tələb edir. Hətta əmanətçi əmanətini müddətli və uzunmüddətli qoyubsa belə, istənilən halda, gəlib əmanətini götürə bilər. Bank isə 5 iş günü ərzində əmanəti qaytarmalıdır. Əgər bank əmanəti vermirsə, bank qanunu pozur, bu isə o deməkdir ki, bankın vəziyyəti pisdir. Bank Standart da eyni problemlə üzləşmişdi. Əmanətçilər əmanətlərini geri götürmək istəyərkən bankın əmanətləri geri qaytara bilməməsindən sonra vəziyyətin pis olduğu məlum olmuşdu. Əgər Dəmir Bank da əmanətləri qaytara bilmirsə, demək ki bankın vəziyyəti pisdir.
Əkrəm Həsənov vətəndaşların məhkəməyə yox, mətbuata müraciət etmələrinin düzgün olduğunu bildirdi: “Prinsipcə məhkəməyə verməlidirlər. Əlbəttə ki, məhkəmə illərlə çəkə bilər. Mətbuatda işıqlandırmaqla düzgün yol tutublar, məsələni maksimum ictimailəşdirmək lazımdır. Məsələ ilə bağlı Maliyyə Bazarına Nəzarət palatasına müraciət etmək lazımdır”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
– Dəmir Bankın Bayıl filialındakı maliyyə maxinasiyyaları;
– Məzuniyyət adıyla aradan çıxarılan xanım əməkdaş kimdir?
– 3 milyon manatlıq müəmma…
Bu və digər məqamlar haqda növbəti yazımızda…

Short URL: http://www.cumhuriyyet.net/?p=65013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728