ŞOK İDDİA: Məzahir Pənahov MSK-nın xadimələrini evində işlədir

01.06.2016 - 03:12

rrMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla bağlı maraqlı məlumat yayılıb. Belə ki, cumhuriyyet.az afn.az-a istinadən xəbər verir ki, MSK sədrinin şəhərin müxtəlif yerlərindəki mənzilləri, Zaqulbadakı bağ evi ilə bağlı ilginc sayıla biləcək məlumatı redaksiyamıza verən mənbə özü də MSK-da işləyir. O bildirir ki, qurumda işləyən işçiləri M.Pənahov şəxsi işlərində çalışdırır: “Şəhərdə 9-cu mikrorayonda və paytaxtın ən prestijli yerlərindən hesab olunan “Beşmərtəbə”də evləri var. Bu, mənim bildiyimdi, çünki həmin evləri təmirdən çıxandan sonra MSK-da xadimə işləyən qadınlar təmizləyib. Bundan əlavə, Zaqulbadakı bağ evini də MSK-nın xadimələri təmirdən sonra təmizləmişdilər. Onlar bildirirlər ki, evlər saray kimi genişdi, 9-cu mikrorayondakı 5 otaqdı, “Beşmərtəbə”dəki 4. Təmiri isə ən yüksək səviyyədədir, hətta xadimələr kinolarda gördükləri villalara bənzədirlər evləri”.
Zaqulbadakı bağ evinə gəlincə, burada əvvəllər olan kiçik bağ evini sonradan böyüyü ilə əvəz edən MSK sədri yeni evi ona hökumətin verdiyini deyib. Qurumda çalışan sadə vətəndaşlar həqiqətən də inanıblar ki, həmin bağ evi M.Pənahova dövlət tərəfindən verilib. Yeni və həddən artıq böyük olan bağ evində də təmirdən sonra MSK-nın xadimələri işləyiblər.
Özü də heç bir əlavə ödənişsiz, üstəlik, ac-susuz: “Xadimələr gəlib danışırdılar ki, evdə bir stəkan belə yox idi su içməyə. Səhər tezdən gəlib MSK-da təmizlik işləri aparan qadınlar saat 10-11-dən gedirdilər sədrin evlərində təmizlik işinə, axşamadək işləyir ordan da evlərinə gedirdilər. Bir neçə dəfə bu hal təkrarlanandan sonra onlar narazılıq ediblər, bu iş üçün təhkim olunan MSK-nın vəzifəli şəxsi öz cibindən qadınlara yemək alıb verib”.
Mənbə onu da iddia edir ki, M.Pənahov MSK-nın binasında özü üçün istirahət guşəsi yaradıb: “Məzahir müəllim uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir, ona görə də gündəlik müntəzəm istirahəti olmalıdır. Binada yataq otağı, vanna otağı, mətbəxi və s.-lə təchiz olunmuş xüsusi guşə yaradılıb onun üçün. Hər gün günorta saatlarında istirahətə çəkilir. Təbii ki, vacib görüş, təbdir-filan olmayanda”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65709

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728