Müşfiq Rəhimov biznesini xaricə köçürür – Detallar

09.06.2016 - 12:29

musfiqDövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov biznesini genişləndirir. 24saat.org-a daxil olan xəbərə görə, DYP-də şöbə rəisi Lənkərandakı istirahət mərkəzini Rusiya və Türkiyədə də açmağı planlaşdırır.
M.Rəhimovun cənub şəhərində fəaliyyət göstərən “Xəzər Palace” restoranının qonşu ölkələrdə də eyni adla xidmətə başlayacağı nəzərdə tutulub. Hazırda Lənkərandakı restoranın yanında hotel və qonaq evləri tikilir.
Kompleks Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində inşa edilib. Bu niyyətdən isə M.Rəhimovun işlədiyi idarədə kimlərin xəbər tutduğu məlum deyil.
Böyük kapitala sahiblənən şöbə rəisinin oliqarx-biznesmenə çevrilməsi artıq göz qabağındadır. M.Rəhimov hələ Lənkəranda atasından qalan mirasın hesabına biznes qurmağa müvəffəq olub. Ardınca DYP-dəki vəzifəsi onun imkanlarını daha da genişləndirib.
BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisi Müşfiq Rəhimov həyata keçirir. O açdığu bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir.
Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir. dövlət rüsumu 18 manat olan bəzi nömrələrin qiymətlərini şöbə rəisinin yanında olub pul qazananlar təyin edir.
Mənbə bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə.
Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girə bilmir. Elə qapıdaca Aydın adlı köməkçi özü vətəndaşa yaxınlaşıb, onunla məsələni həll edir. Qarşı tərəfi dinləməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=66647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31