Sumqayıt: yeni rəhbərlə gəncləşən və gözəlləşən şəhər

14.07.2016 - 12:43

rrBu gün Sumqayıt ən dinamik inkişaf edən şəhərlərdən biridir. Ötən hər ay, hər il özü ilə bu şəhərə yeni, mütərəqqi dəyişikliklər gətirir. Son aylarda Sumqayıtda yaranan canlanma, təkamül özünü xüsusilə qabarıq göstərir. Ötəri bir baxışla da hiss olunur ki, abadlıq, inkişaf hər hansı bir ayrıca sahədə getmir, məhz çoxcəhətli xarakterə malikdir. Sənaye, sosial sfera, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə gedərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.
Sumqayıtda əvvəlki dövrlərdə də abadlıq-quruculuq işləri aparılıb. RAncaq ötən ilin sentyabrında quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün cəbhəboyu aparılmağa başlanıb. Bir neçə istiqamətdə çox gözəl, müasir infrastruktur layihələrin icrasına start verilib. Ayrı-ayrı təsərrüfat sahələri üzrə zəruri addımlar atılır, əsas problemlər həllini tapır. İndi şəhərdə abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur, – desək, mübaliğə etmiş olmarıq.
“Gənclər Şəhəri”nə doğma başçı haqda
Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcovun 2015-ci ilin sentyabr ayının 3-dən şəhərə rəhbərlik etməyə başlaması bu şəhərin tarixində həqiqətən də ikinci intibah dövrü olacaq. Belə ki, bu müddətdə artıq görülən işlər,təsdiq olunan layihələr bu filri sübut edir və bu sözləri deməyə qətiyyətlə əsas verir. Ölkə başçısının Zakir Fərəcova daha böyük etimad göstərməsi gözlənilən idi. Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. O, sumqayıtlıdır. Uzun illər bu şəhərdə yaşayıb işləyib. Bu səbəbdən də 1971-ci ildən Sumqayıt şəhərindəki Superfosfat zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinlərinin əksəriyyəti tərəfindən müsbət qarşılandı. Hətta biz, bu şəhəri özlərinə tale şəhəri bilənlər sentyabr ayının 3-4 tarixlərində bir-birimizə telefonla zəng vurur və küçədə bir-birimizi təbrik edirdik ki, artıq bu şəhərin əsl sahibi, əsl təəssübkeşi gəldi. Çünki bütün sumqayıtlılar onun 10 il Abşeron rayonuna uğurlu rəhbərliyinin şahidi idilər.
Beləliklə, Zakir Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən də müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat Birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamırdı. Zakir Fərəcovun da 10 il ərzindəki fəaliyyəti prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyindən o, Prezidentin inkişafına xüsusi əhəmiyyət verdiyi və həmişə nəzarətində olduğu Sumqayət şəhərinə rəhbər təyin edildi.
Sumqayıtlılara inam və etimad üzərində qurulan kadr islahatı
Beləliklə, Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin kollektivinə və şəhərin aparıcı rəhbərlərinə 3 sentyabr 2015-ci il tarixində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə təqdim olundu. Administrasiya rəhbərinin iştirak etdiyi ilk iclasdan da bəlli oldu ki, Zakir Fərəcov bu şəhərə rəhbərlik etdiyi ilk gündən əsasən yerli kadrlardan ibarət komanda ilə çalışmaq niyyətindədir. Ona görə də şəhər təsərrüfatını canlandırmağa hesablanmış kadr islahatı üçün sumqayıtlılar çox gözləməli olmadılar. Tezliklə idarə və müəssisələrin rəhbərliklərinin bir çoxunda dəyişikliklər baş verdi. Köhnə kadrlar yeniləri, əsasən də sumqayıtlılarla əvəz olundu. Sumqayıt şəhər İcra Hakimiyyətində də ciddi kadr islahatları aparıldı. Yeni təyin olunan insanlar isə qanı və canı ilə Sumqayıta bağlı və təşkilatçılıqda böyük təcrübələri olan dəyərli ziyalılardır. Axı bu şəhər yarandığı ilk illərdən özünün yüksək səviyyəli kadrlarini Bakı və başqa şəhərlərə işləməyə göndərib. Ona görə də elə indi də şəhərdə yüksək səviyyəli, yaxşı təşkilatçı kadrlar çoxdur. Sadəcə onları işlə təmin etmək lazimdir ki, böyük işlər görsünlər.
Hər şey yoldan başlayır…
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yol infrastrukturunun yenilənməsi, bərpası istiqamətində tədbirlər görməyə başlayıb. Yeni başçının ilk verdiyi göstərişlərdən biri də Sumqayıt şəhərinin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı oldu. Artıq şəhərin girişindən “Göyərçin” abidəsinə qədər avtomobil yolunun 5 metr genişləndirilməsi prosesi həyata keçirilir. Beləliklə, bu yol hazır olandan sonra səhər və axşam Sumqayıtın giriş və çıxışında insanların əsəbinə təsir edən tıxaclar daha olmayacaq. Bu da alqışa layiqdir.
Onu da bildirək ki, Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq məhəllələ daxili yolların da yenilənməsinə başlanılıb. İllərdən bəri yararsız vəziyyətdə olan və təmir üzü görməyən Çerkasi küçəsinin asfalt örtüyü təzələnib. Bununla yanaşı da bağlar massivinə gedən və bərbad vəziyyətdə olan yolun asfalt örtüyü təmir olunub. İnanırıq ki, bu proses davam etdirilərək digər mikorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunacaq.
Bütün şəhər boyu tikinti işləri
Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Təmir olunan binaların memarlıq görüntüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənir. Bu çox böyük və təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmur. Şəhərdə prospekt və küçələr boyu Sumqayıt yarananda tikilən 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir. Şəhərin əsas prospektlərində yerləşən binalarla yanaşı 17 və 18-ci mikrorayonlarda da yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə, zirzəmilərin təmir olunmasına başlanılıb. Keçmiş şəhər rəhbərindən fərqli olaraq, Zakir Fərəcov Sumqayıtı yaxşı tanadığından və bir müddət şəhər təsərrüfatına rəhbərlik etdiyindən inanırıq ki, bütün bu işlərə daha ciddi fikir verəcək.
Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən ən problemli məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Bu vəziyyət doğrudan da çox acınacaqlı idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına çox ehtiyac vardı. Bu haqda mən özüm də dəfələrlə yazmışdım. Amma heç bir nəticə hasil olmamışdı. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunlar burada çalışan kollektivlərin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə böyük xidmət kimi qiymətləndirmək olar.
Möhtəşəm tikililər
Sumqayıtın simasına özəl rəng qatacaq yeni ünvanlardan biri də inşası tamamlanmaq üzrə olan yeni Şahmat Mərkəzi olacaq. Müasir standartlara cavab verəcək mərkəz şəhərin 9-cu mikrorayonunun ərazisində tikilir. İkimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradılacaq.
Şəhərin “Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq qalmış tikili sökülüb və həmin ərazidə yeni, müasir musiqi məktəbi inşa olunur. Məktəbin layihəsi diqqətçəkəndir. Artıq işlərin əksər qismi yerinə yetirilib və yaxın zamanlarda incəsənət ocağı istifadəyə verilməyə hazırlanır. Burada yaradılan tədris və məşq otaqları, kitabxana və akt zalı Sumqayıtın istedadlı yeniyetmə və gənclərinin ixtiyarına veriləcək. Üçmərtəbəli binada müəllimlər otağı, ayrıca inzibati otaqlar da yerləşəcək.
Sumqayıt Dövlət Dram Teatrı isə başdan-başa əsaslı təmir olunmaqdadır. Bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı şəkildə yenidən qurulan bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətəlayiqdir ki, təmir-tikinti işləri teatr kollektivinin yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar hazırlayır.
Sumqayıtda müasir üslubda yeni Heydər Əliyev Mərkəzində tikinti işləri artıq yekunlaşmaq üzrədir. 4 mərtəbədən ibarət olacaq mərkəzdə 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana yaradılacaq. Möhtəşəm görüntüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.
Səliqəli və sistemli təşkil olunmuş yarmarka
Sumqayit şəhər sakinlərinə yaxşı məlum idi ki, 8-ci mikrorayon ərazisində təşkil olunan əvvəlki yarmarkanın vəziyyəti həddindən artıq çox pis idi. Burada antisanitariya hökm sürürdü. Həmin bazar haqqında və oradakı dözülməz vəziyyətlə bağlı da mən dəfələrlə yazmışdım. Hətta keçmiş İcra Hakimiyyəti başçısına da bu haqda demişdim. Amma o da heç bir əncam çəkməmişdi. Zakir Fərəcov işə başladığı ilk gündən burdakı vəziyyətdən narazılığını bildirib və yeni yarmarkanın təşkil olunmasının zəruriliyini qeyd etmişdi. Qısa müddət ərzində yeni, daha səliqəli şəkildə təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkası işə düşdü. Sözsüz ki, əhalinin istəkləri nəzərə alınaraq, gələcəkdə yarmarkanın daha da təkmilləşdirilməsi gözlənilir. İnanirıq ki, belə də olacaq.
Yeni və müasir bulvar kompleksi
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun diqqət yetirdiyi əsas məsələlərdən biri Sumqayıt şəhərinin dənizkənarı bulvarının yenidən qurulması ilə bağlıdır. Bu da sumqayıtlıların Zakir Fərəcova olan inamını bir qədər də artırıb. Çünki sumqayıtlılar, Xəzər dənizinin sahilində yaşasalar da bu dənizdən layiqincə yararlana bilmirdilər. Axı çoxlu xəstəliklərin dərmanı olan dəniz suyu və sahildəki qumlar həddindən artıq çirkablı olduğundan sunqayıtlıları sağaltmaqdansa onlarda ayrı-ayrı xəstəliklər yaradındı. Ona görə də bu şəhərdə yaşayan insanlar yay istirahətlərini başqa yerlərə getməyə məcbur olurdular.
Hal-hazırda Nəsimi adına Sumqayıt şəhər dənizkənarı Mədəniyyət və İstirahət parkı ilə birlikdə 186 hektar ərazini əhatə edən bulvarda iş sürətlə gedir. Layihədə gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisinin daha geniş olması nəzərdə tutulub. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 3700 metr olan istinad divarı tikilir. Burada müasir tipli otellər, ticarət mərkəzləri, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi də nəzərdə tutulub. Deməli, Sunqayıt əsl turist şəhərinə çevriləcək.
Sumqayıtın simvolu bərpa olundu
Sumqayıt İcra Hakimiyyətinin binası əvvəllər yaşıllığa qərq olmuşdu. Bu şəhərə gələn qonaqlar binanın belə yaşıllığın içərisində olmasını görüb, böyük fərəhlə, heyrətlə həmin binaya baxırdılar. Bu bina, dünyanın ən gözəl binalarından biri idi. Amma bu yaşıllıq keçmiş İcra Hakimiyyətinin baçısı tərəfindən ləğv olunmuşdu. Bütün sumqayıtlılar da buna çox heyfisləndilər. Hamı çox istəyirdim ki, həmin yaşıllıq yenidən bərpa olunsun. Çünki bu, Sumqayıtın ən gözəl simvollarından biri idi. Onu məhv etmək olmazdı. Axı bu yaşıllığı keçmiş rəhbərlər də göz bəbəyi kimi qoruyurdular. Artıq sumqayıtlıların bu arzu da çin oldu. Zakir Fərəjovun göstərişi ilə həmin yaşıl kol-bitkilər Sumqayıt İcra Hakimiyyətinin binisının qarşısına yenidən əkilib. İnanın bütün sumqayıtlılar maraq üçün çalışırlar ki, yollarını İcra Hakimiyyətinin qarşısından salıb, həmin kolların-bitkilərin əkildiyini özləri görsünlər. Buna bütün sumqayıtlılar sevinir. Bu həqiqətən də alqışa layiqdir. İnanırıq ki, qısa vaxtın içərisində bu yaşıl kollar inkişaf edəcək və bir neçə ilə artıq Sumqayıt İcra Hakimiyyətinin binasının qarşısı yenə də yaşıllığa qərq olajaq.
Sumqayıtlıların razılığı
Sumqayıtlılar Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Symqayıtın tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Sumqayıt özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş şəhərləri siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.

CUMHURİYYET.AZ

Yazı Sumqayıt Bələdiyyəsinin jurnalistlər üçün 22 iyul Mətbuat Günü münasibətilə “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930