Eldar Mahmudovun baş “torbatikən”i olan generalın Çexiya biznesi…

18.07.2016 - 01:05

rrLəğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevin Çexiyada böyük biznesi var. MTN-in baş istintaqçısı olmuş Mövlan Şıxəliyev bu biznesi hələ beş il öncə yaradıb.
Bu barədə Mövlam Şıxəliyevə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlan Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb.
Mövlan Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlan Şıxəliyevin həbsə girməsinə mane olanlar var. Yaxın günlərdə azadlıqda qalan şəbəkənin əsas simalarından biri olan bu adam barəsində daha geniş araşdırmamızla tanış ola biləcəksiniz.(Gununsesi.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930