Bakcell-in yeni fırıldağı: Klass M tarifi

21.07.2016 - 00:59

bakcell2Yəqin ki, Azərbaycanda yaşayıb “Bakcell” abunəçisi olan hər bir şəxs heç olmasa 1 dəfə bu operatorun müxtəlif “yanlışlıqlarla” cibinə girdildiyinin şahidi olub. Keyfiyyəqli xidmət qarşılığında sağlam qazanc əvəzinə müştərilərini aldatmaqla varlanmağı qarşısına məqsəd qoyan “Bakcell”, sözün həqiqi mənasında biznes anlayışını “dəyişək, inkişaf edək” fırıldağına çevirib. Cumhuriyyet.az “Bakcell”in fırıldaqlarını faş edir:
Bakcell-in yeni Klass M tarifi istifadəyə verilib. Tarifin şrətlərinə görə abunəçiyə həftəlik 2 manat qarşılığında ölkədaxili 50 dəqiqə danışıq vaxtı, 100 MB internet paketi və pulsuz whatsapp təklif olunur. Pulsuz whatsapp yalnız mətn mesajlarına şamil olunur. Yəni whatsapp-da kiməsə səs, video, şəkil göndrəsən paketdə təqdim olunan 100 MB internetdən, yada balansdakı konturdan çıxılacaq. Gərək yalnız mətn mesajları göndərəsən ki, pulsuz olsun. Oda guya pulsuz.
İlk baxışda təkliflər normaldı. Ancaq cumhuriyyet.az-a müraciət edən şikayətçi bu təkliflərin reallığından bəhs edir: “Məndə bu təklif çıxan günü 13.07.2016-cı ildə 051 623 35 97 nömrəsinə 2 AZN danışıq kartı yükləyib, GəlirliCIN tarifindən bu təklifi sərfəli bilib, Klass M tarifinə keçdim. Balansımdan 2 manat kontur çıxdı və 7 günlük ölkədaxili 50 dəqiqə və 100MB verildi. Mən mobil telefonla internetdən yalnız whatsapp-a girirəm. Whatsapp-da qaydalara uyğun yalnız mətn mesajlarından istifafadə etdim və balansımı yoxlayanda 0 MB qaldığını gördüm. İnternet paketim bitmişdi. Eləbil başıma qaynar su tökdülər. Bu necə ola bilər? Axı şirkət whatsapp-ın pulsuz olduğunu iddia edir? Tez telefonumun menyusundan “Settings” bölməsindən, “Data Usage” bölməsinə baxdım. Yəni sayağaca girib internetdən nəyə istifadə etdiyimə baxım. Müasir telefonlarda parametrlərdən hansı proqrama nə qədər trafik sərf etdiyin sayağacda əks olunur. Gördüm ancaq whatsapp-dan istifadə etmişəm. Sonra proqramların yenilənməsinə baxdım ordada sırf wi-fi seçilib. Yəni elə telefonlar var ki, o telefonlarda proqram yenilənməsi bölməsində proqramın yenilənməsi bölməsində Mobil Data qeyd olunur. Belə olanda proqramlar internet paketi vasitəsilə yenilənir. Əgər o bölmədə “Wifi networks”, yəni wifi şəbəkəsi qeyd olunubsa, o zaman heç vaxt proqramlar internet paketi ilə yenilənə bilməz. Bəzi adamlar proqram yenilənməsini mobil data peketə qoyurlar sonra internet paketi yoxa çıxanda mobil operatoru əsassız günahlandırmağa başlayırlar. Məndə hər 2 bu məqamı telefonun menyusundan yoxlayandan sonra soyğunçuluğa məruz qaldığımı anladım. Bununla əlaqədar Bakcell-in 555 call center-nə zəng etdim. Operatora məsələni izah edəndən sonra operator cavab verdi ki, Müştəri Xidmətlərinə gedib izahlı qaimə əldə edə bilərsiniz. İzahlı qaimə isə pulludur. İzahlı qaimınin qiyməti qaiməni çıxartdığın müddətə görə dəyişir. Məsələn 1 aylıq qaimə çıxartmaq istəyirsənsə 2 manatından, 2 aylıq qaimə çıxartmaq istəyirsənsə 4 manatından, 3 aylıq qaimə çıxartmaq istəyirsənsə 5 manatından keçməlisən. Mən başa düşə bilmirəm fırıldağa məruz qalmağım azmış kimi, üstəlik soyulduğumu sübut etmək üçün əlavə pulda verməliyəm? Bu artıq həyasızlıqdır. Birdə yeni Klass M tarifinin bir fırıldağıda var. Məsələn yeni tarif haqqında www.bakcell.com saytında məlumatda böyük hərflərlə İLK HƏFTƏ PULSUZ yazırlar. Yəni guya birinci dəfə qoşulanda ilk həftənin bonusları abunəçiyə pulsuz verilir. Bu qətiyyən belə deyil. Beləki mən GəlirliCIN tarifindən keçəndə 2 manat kontur yüklədim və ilk həftə belə abunə haqqı pul qarşılığında verildi. Özünüzdə şirkətin rəsmi saytına girib tarif haqqında məlumatda İLK HƏFTƏ PULSUZ sözlərini böyük hərflərlə oxuya bilərsiniz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70574

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930