Azərbaycanda ideologiyalar poliqonu: İŞİD, PKK və FƏTÖ ölkəmizə necə ayaq açdı?

23.08.2016 - 00:12

Yüzlərlə azərbaycanlı gəncin Suriya və İraqda yaradılan qanunsuz hərbi birləşmələrdə iştirak etməsi, Türkiyə azərbaycanlı PKK üzvü oan gənclərin həbsi deməyə əsas verir ki, bütün zərərli ideologiyalar, mayasında terror dayanan təşkilatların üzləri Azərbaycanda təbliğat maşınını işə salıb. Bu da son deyil. Türkiyədə artıq terrorçu başı elan edilmiş Fətullah Gülən şəbəkəsinin Azərbaycanda ciddi dayaqları indi zərərsizləşdirilməyə başlanır.

mafiya AzerbaycanAzərbaycan artıq ideologiyalar məzarlığı deyil, poliqonudur. Ölkə ideoloji savaşın arsenalına çevrilib. Şərq dünyasında baş verən kataklizmlər Azərbaycanın ideoloji sərhədlərini aşıb. Bir quşun belə iznsiz uça bilmədiyi sovet Azərbaycanı ilə müstəqil Azərbaycanın fərqi uzaq Liviya səhrasına qədər uzanır. İndi ölkənin dörd bir bucağında müxtəlif ideoloji cərəyanların, radikal təriqətlərin, zombiləşmiş beyinlərin meydan sulamasına şahidlik etmək olar. Azərbaycanda hamısından varmış – PKK-çı, İŞİD-çi, nurçu, vəhhabi, xəvaric, missoner xristian təşkilatlarının üzvləri, Yehova şahidləri, satanistlər, ibrahimilər və siyahını eninə-uzununa uzatmaq mümündür.
Məlum olur ki, milli təhlükəsizliyə bəla olan bütün ekstremist qüvvələr, təriqətçi şəbəkələr müstəqilliyin ilk illərindən ayaq açıb və sərbəst şəkildə təbliğat aparıb. Və sürətlə sayı artan bu şəbəkələrin gücə çevrilməsi, insan və maliyyə resurslarına yiyələnməsinə ciddi şəkildə nəzarət olunmayıb. Belə olsaydı, Suriyanın Kobani şəhərindəki hadisəyə görə Azərbaycanda cavab əməliyyatı keçirilməzdi və yaxud yüzlərlə azərbaycanlı gənc “cihad”a qoşulmazdı.
Diqqət edək: İŞİD-in Kobani şəhərində kürdlərə qarşı qətliamına Bakıda reaksiya verilir. Vəhhabilərin toplaşdığı Qaraçuxur məscidində terrora cəhd olunur. Nəticədə bu insidenti törədən azərbaycanlı PKK üzvləri həbs edilir.
Kürd silahlı birləşməsinin Bakıdakı “Yekbun” adlanan qanadı İŞİD-lə mübarizə səngərini Kobanidə yox, Qaraçuxur qəsəbəsindəki məsciddə qurur. Ölkənin milli təhlükəsizliyə məsul qurumlar və qanunsuz ideoloji təbliğatın qarşısını almağa cavabdeh şəxslər hara baxırmış?
İllər ərzində PKK-çı və İŞİD-çi simpatizanlar Azərbaycanda kök atmağa başlayıbmış. Efirdə dini maarifləndirmənin yığışdırılması, məscidlərin qapadılması, dini komitə və QMİ-nin birgə səmərəli tədbirlər həyata keçirməməsi nəticədə PKK-İŞİD savaşını Azərbaycana transformasiya edir. Yüzlərlə azərbaycanlı gəncin Suriya və İraqda yaradılan qanunsuz hərbi birləşmələrdə iştirak etməsi, Türkiyə azərbaycanlı PKK üzvü oan gənclərin həbsi deməyə əsas verir ki, bütün zərərli ideologiyalar, mayasında terror dayanan təşkilatların üzləri Azərbaycanda təbliğat maşınını işə salıb.
Bu da son deyil. Türkiyədə artıq terrorçu başı elan edilmiş Fətullah Gülən şəbəkəsinin Azərbaycanda ciddi dayaqları indi zərərsizləşdirilməyə başlanır.
Beləliklə, üç terror təşkilatı – İŞİD, PKK, FƏTÖ qruplaşmalarının Azərbaycanda filialları müxalif qüvvəyə çevrilib. Artıq ənənəvi müxalifət yox, radikal dini təriqətlərin, fitnəkar qüvvələrin təmsilçiləri hakimiyyət üçün başağrısına çevrilib.
Bu da azmış kimi, irançı və osmançı qruplar, şiə ayətullahlarının diktəsi isə hərəkət edən çevrələr, Səudiyyə Ərəbistanından verilən təlimatlar əsasında fəaliyyət göstərən qruplar, radikal yolu seçərək hamını inkar edən xəvaric şəbəkələr Azərbaycanda öz bazalarını qurub.
Sirr deyil ki, Milli Məclis PKK və İŞİD-i terror təşkilatı kimi tanımayıblar. Bunu da anlayışla qəbul etmək olar ki, ölkəni həmin qrupların hədəfinə çıxarmaq istəmirlər. Eləcə də FƏTÖ terror təşkilatı elan edilməyəcək.
Ancaq İŞİD dəfələrlə siyasi coğrafiyasında Azərbaycanı hədəf kimi göstərib, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarda onlarla azərbaycanlı İŞİD-çi həbs olunub. Bütün bunlar kifayət edir ki, ideoloji meydanı boş buraxmağın acı nəticələri yaransın.
FƏTÖ-nun yalnız ona xidmət edən təhsilli gənclər yetişdirməsi, onları iqtidarın ən yuxarı eşelonuna yerləşdirə bilməsi, müxtəlif dövlət qurumlarında şəbəkələşməsi, MTN-nin vəhhabilərlə işbirliyinin ortalığa çıxması, Suriyaya gedənlərin məsələsində merkantil maraqların ifşa edilməsi, PKK üzvlərinin gizli şəkildə toplantılar keçirməsi ölkənin müstəqil gələcəyinə birbaşa təhdid və təhlükədir.
Azərbaycan hüquq-mühafizə orqanları zaman-zaman həyata keçirdiyi əməliyyatlarda onları zərərsizləşdirsə də, təbliğat işi sgimək bilmir. Bunun təqsiri hakimiyyətlə yanaşı müxalifətin də boynuna biçilməlidir.
Məhz sekulyar, dünyəvi görüşə malik, hər hansı missioner təşkilatlara bağlılığı olmayan, təriqətçilik prinsiplərini uzaq tutan müxalifət içindəki parçalanmaya görə tribunanı bu qüvvələrə verdi.
Demokratik düşərgənin prinsipsizliyi, qətiyyətsizliyi, səriştəsizliyi, içindən satqınların çıxması, pulla ələ alınanların parçalanmanı dərinləşdirməsi, xalqın etimadını itirməsi, gücsüz bir vəziyyətə düşməsi nəticəsində sivil müxalifəti radikal qüvvələr əvəzlədi.
İndi ölkədə ən güclü müxalif qüvvə təriqətçi-ekstremist düşərgə hesab edilə bilər. PKK, İŞİD və FƏTÖ arasında ciddi fərqlər yoxdur.
Türkiyə prezidenti Tayyib Ərdoğan da bunu Qaziantep terroru haqda danışarkən deyib. Bu üç cərəyanı Azərbaycanda de-montaj etmək üçün mütləq şəkildə konsepsiyalı tədbirlər planı olmalıdır.
Rəcəbəli Aslansoy

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930