Türkiyə səmasını Azərbaycan şahinləri qoruyacaq

23.08.2016 - 00:21

azturkTürkiyədə 15 iyul çevriliş cəhdindən sonra 265 pilotin ordu sıralarından kənarlaşdırılması qardaş ölkənin Hərbi Hava Qüvvələrində pilot çatışmazlığına səbəb olub. Mülki aviasiyadan transfer edilən pilotlar hesabına məlum boşluğu qismən də olsa doldurmağa çalşan hərbi-siyasi rəhbərlik, xarici ölkələrdən də pilotları müqavilə əsasında türk ordusunda xidmətə cəlb etmək niyyətindədir.
Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq Türkiyə hökuməti bu məqsədlə bir sıra ölkələrlə danışıq aparır ki, bu ölkələrin arasında Azərbaycanda var. Belə ki, Türkiyə tərəfi azərbaycanlı pilotları da türk hərbi aviasiyasına cəlb etmək istəyir. Lakin hələlik Azərbaycan tərəfi bu istəklə bağlı mövqe bildirməyib. Fəqət bilgili qaynaq ehtimal edir ki, Azərbaycan bu məsələdə də Türkiyəyə dəstək olacaq və özünün ən təcrübəli pilotlarını bu işə cəlb edəcək. Başqa sözlə desək, yaxın gələcəkdə Türkiyə səmalarını Azərbaycan şahinləri qoruya bilər ki, bu da Azərbaycan hərb məktəbinin uğuru deməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73705

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930