Azərbaycan 9 vilayətə bölünsün? – müxalifətçi vəkillərdən dəstək gəldi

23.09.2016 - 00:16

azerbaycanxeriteSentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra idarəetmə sistemində ciddi dəyişikliklər gözlənilir. İdarəetmə islahatları ilk növbədə regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğvini nəzərdə tutur. Hakimiyyətdəki qaynaqlardan verilən məlumata görə, idarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir: “Hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan , Yevlax) daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur”. Xəbərdə o da deyilir ki, vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Mənbə onu da bildirir ki, vilayətlərin yaradılması həm də nəzərdə tutulan iqtisadi islahatların tərkib hissəsidir: “Bundan sonra yeni iş yerlərinin açılması, məğulluğun təmini, infrastruktur layihələrinin maliyyələşməsi vilayətlərin daxil resursları hesabına aparılacaq. Güman ki, vilayətlərin maliyyə bazasını genişləndirmək üçün bəzi vergi növlərinin yığılması da onların səlahiyyətinə daxil ediləcək. İlkin mərhələdə vilayətə prezidentin təyin etdiyi şəxs rəhbərlik edəcək. Ancaq yaxın gələcəkdə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi gözlənilir”.aslan
Bu ideyanın birinci dəfə 1999-cu ildə, qətlə yetirilmiş jurnalist Elmar Hüseynov tərəfindən irəli sürüldüyün deyən tanınmış hüquqşunas Aslan İsmayılov cumhuriyyət. az-a bildirib ki, məlum məsələnin bir neçə müsbət tərəfi var: “İcra hakimiyyətlərində çalışan məmurların sayını azalacaq. İdaretmə daha kompakt olacaq. Ən əsası isə Azərbaycanın bütün siyasi, mədəni elitası tək Bakıda yerləşməyəcək. Həmin əyalətlərdə də gələcək siyasi liderlər yetişəcək. Ona görə də,hesab edirəm ki, bu, çox müsbət addımdır və addımı dəstəkləyirəm”.qurbanmemmedov
Digər hüquqşunas Qurban Məmmədov da cumhuriyyət.az-a açıqlamasında məlum təşəbbüsü dəstəklədiyini söyləyib: “Vaxtilə mənim özümdə bu haqda təklif vermişim və hətta məqalə də yazmışdım. 80 dən artıq icra hakimiyyətinə ehtiyac yoxdur. İdarəçilik bir qədər sadələşdirilməlidir. Artıq bürokratik aparat ləğv edilməlidir. İdarəçilik rüşvətxor adamların əlindən alınmalıdır. Amma normal əxlaqlı insan yoxdursa, heç bir qanun və ya dəyişiklik işləməyəcək. Mən bu təşəbbüsün tərəfdarıyam, amma bir daha qeyd ediərm ki, bunun işləməsi insan faktorundan asıldır”.
Mənsur, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76363

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930