Rektor müğənniyə bata bilmir: Mətanəti qoruyan gizli əl kimdir?

23.09.2016 - 01:08

rrABU-nun keçmiş rektoru Elşad Abdullayev sabiq deputat Gülər Əhmədovanı bitirsə də, müğənni Mətanət İsgəndərliyə bata bilmir. Cumhuriyyet.az olaraq təhlillərimizə görə, buna səbəb iki mühüm faktordur. Onlardan birinin sənətçiyə hüquq-mühafizə orqanlarında yüksək rütbəli şəxsin himayədarlıq etməsidir. M.İsgəndərli yüksək çinli məmurun sayəsində özünü həbsdən sığortalaya bilir. Digər nüans isə sabiq rektorun təqdim etdiyi materiallarda maddi sübut yetərsizliyidir. G.Əhmədovanın mandatını itirməsi və həbsə getməsində hansısa audio danışıqlar olsaydı belə onu tutmazdılar.
Ancaq video kadrlar danılmaz fakt idi və xanım deputat özünü qoruya bilmədi. M.İsgəndərli ilə bağlı E.Abdullayev müxtəlif iddialar irəli sürür, istintaq sənətçini dindirir, yekunda isə onu həbs etmirlər. Çünki eks-rektorun qardaşı Mahir Abdullayevin qətlində müğənninin rolu olduğu deyilsə də, sübutlar yetərli sayılmır. İndiyə qədər E.Abdullayev istintaqa təkzibolunmaz fakt təqdim edə bilməyib. Baxmayaraq ki, ifaçının adı qanqster Hacı Məmmədovla, MTN generalı Akif Çovdarovla hallanır. Heç şübhəsiz yüksək rütbəli şəxsin müğənnini qorumaqda məqsədi var. Bu niyyət ABU rektoru ilə olan münaqişədir. Mətanəti Elşadın ayağına vermək istəmirlər. Eyni zamanda Mahirin qətlində Mətanətin rolunun nədən ibarət olduğu da tam olaraq təsbit edilməyib. Onların şəxsi münasibətləri, Mahirin Mətanətin evində döyülməsi barədə müğənni bir neçə dəfə açıqlama verib. İstintaqa ifadəsində də bildiklərini danışıb. Ancaq son günlərdə onun Çovdarovla işbirliyinin olması barədə yazılanlar Mətanəti çətin vəziyyətə salıb.
Sabiq rektor müraciətlərində onu MTN generalı ilə “vurur”. Amma hələ ki müğənni susmağa üstünlük verir. Onu da deyək ki, E.Abdullayev deportasiya oluna bilər. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fransada sığınacaq almış sabiq rektor İnterpol tərəfindən axtarışa verilib. Onun həbsi hər zaman aktualdır. Lakin MTN generalı Akif Çovdarovun işi ilə bağlı E.Abdullayevin də ölkəyə gətirilməsi mümkündür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76377

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031