Azərbaycan üçün müəmmalı xarici siyasət: Qərb və Rusiya növbəylə niyə “vurulur”?

27.09.2016 - 00:15

kremlaqevSon zamanlar Azərbaycanın yürütdüyü xarici siyasət kursuna dair müxtəlif mövqelər sərgilənir. Belə ki, rəsmi Bakının birmənalı olaraq ya Qərbi, ya da Rusiyanı dəstəklədiyini demək çox çətindir. Hakimiyyətə yaxın deputat, politoloq və hətta hakimiyyət nümayəndələri də bir gün Qərbi, az qala ertəsi gün isə Rusiyanı “vururlar”. Əlbəttə, bu vəziyyət heç də arzuolunan deyil. Ona görə ki, bu qeyri-müəyyənlik Azərbaycanın hələ xarici siyasət kursunu yəqinləşdirməməsi və yaxuda həmin məsələdə hakimiyət daxilində ikili münasibətin olması görüntüsünü yaradır.
Maraqlıdır görəsən, doğrudanmı Azərbaycan hakimiyyəti indiyə kimi xarici siyasət kursunu müəyyənləşdirməyib? Bununla bağlı Cümhuriyyət.az -ın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə söyləyib ki, rəsmi Bakının xarici siyasət kursu birmənalı şəkildə hansısa müəyyən istiqamətə yönəlməyib. Ekspertin qənaətincə, Azərbaycan prezidenti İlham Əliyev və onun komandası öz hakimiyyətlərini qoruyub, saxlamaq üçün Qərblə və eyni zamanda də Rusiya ilə yaxşı münasibət qurub: “O şərtlə ki, Rusiya Qərbdə Azərbaycanın hakkimiyətini tanısın. Vəziyyət belədir. İndi Azərbaycan hakimiyyəti öz aləmində düşünür ki, incə siyasət yürüdür. Yəni Qərbdən təsiredici bəyanat gələndə düyməni basırlar. Özlərinə yaxın politiloq və deputatalar da Qərbi tənqid etməyə başlayır. Eyni münasibəti Rusiydan da görəndə həmin addımı atırlar. Bu, onların aləmində incə siyasətdir. Əslində isə Qərbdə və Rusiyada Azərbaycanın kim, nə, necə və nəyə qadir olduğunu çox gözəl anlayırlar. Azərbaycan dünya siyasətində 0,1 faiz yer tutmur. Yəni strateji əhəmiyyətimiz çox zəifdir, kiçikdir. Vəssalam. Burada hansısa dərin məna axtarmağa dəymir. Hansısa böyük bir siyasət əlaməti yoxdur. Hər şey çox bəsit və utandırıcıdr. Azərbaycan geridə qalmış ölkədir. Azərbaycan hakimiyyətində ölkə siyasətini müəyyənləşdirənlər əyalət təfəkkürlü insanlardır. Onlar dünya siyasətində heç bir rol oynamırlar”.
Mənsur, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76836

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930