Heydər Əsədovun referendum rəzaləti: baytarlıq idarəsi Sumqayıtda reketlik edir – VİDEO

28.09.2016 - 01:07

heyder-esedov-300x223Məşhur bir misal var: keçi can hayında, qəssab piy axtarır. Söhbət referendum günü Sumqayıtdakı şadlıq evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir. Belə ki, ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb.
O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil.
Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü başlayıb. Artıq bu faktla bağlı redaksiyamıza video görüntülər təqdim olunub. Ümid edirik ki, kənd təsərrüfatı naziri Heydər Əsədov kadrlara baxanda tabeliyində işləyənlərin yığdıqları pulların kimə çatacağını araşdıracaq.(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=77054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930