Heydər Əsədovun pambıq fiaskosu: “ağası gülüm olanın başına külüm olar”

17.10.2016 - 01:42

heyder-esedov-300x223Son vaxtlar rəsmi mediada ölkədə pambıqçılığa dövlət qayğısı, bütün gücün bu sahəyə səfərbər olması haqda yazılır. Cumhuriyyet.az tanınmış iqtisadçı alim, Qubad İbadoğlunun pambıq yığımı ilə bağlı gerçıkliyi əks etdirən fikirlərini təqdim edir:
“Aramsız yağan yağışlar pambığın keyfiyyətini aşağı salsa da bir qozadan çıxan xam pambığın çəkisinə müsbət təsir göstərdiyindən məhsuldarlıq artır. Müşahidələr göstərir ki, son günlər fasiləsiz yağıntılara görə, artıq bir qozadan çıxan xam pambığın kütləsi orta hesabla 7 qramdan 10 qramadək artıb. Yağışlar gələn həftə ərzində də davam edərsə, bu halda həftə sonu bir qozadan çıxan xam pambığın kütləsi 15 qramadək arta bilər. Bununla da ölkədə məhsuldarlıq problemi həll olunur, bu il üçün nəzərdə tutulan 100 min ton pambıq planı doldurulur. Odur ki, heç kəs narahat olmasın!
Bura qədər yazılanaları ciddi qəbul etməyin dostlar! Dünyanın pambıq istehsalı üzrə ixtisaslaşmış heç bir ölkəsində belə iqlim şəraitində pambıq yetişdirmirlər. Hətta Sovet Azərbaycanında da pambıq yığımı oktyabradək yekunlaşırdı. Hazırda isə tarlalardan pambığın çoxu 2 səbəbdən yığılmayıb. Birincisi, onu yığmağa lazım olan əmək və texniki resurslar çatışmır, ikincisi isə bır sıra sahələrdə pambıq vaxtında – apreldə – deyil, vaxtından gec – mayda əkildiyindən hələ də qozalar açılmayıb.
Belə yerdə deyiblər ki, ağası gülüm olanın başına külüm olar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930