“Çuda Peçka”nın “şirin anları” arxasındakı acı reallıq: Röyanın qalmaqallı keçmiş əri etirazlar yaradır

27.10.2016 - 12:56

ttBu günlərdə “Çudo Peçka” mağazalarından birinin işçilərinin polisə şikayət etməsi haqda xəbər yayılmışdı. İşçilər maaşlarının verilməməsindən şikayətləniblər. Cumhuriyyet.az olaraq xatırladaq ki, Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.
“Çudo Peçka” əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə “’Bakery Operating Compani’” MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir. Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.
Onu da bildirək ki, fakt “Çuda Peçka” tərəfindən də rəsmən təsdiqlənib. Belə ki, mağaza adından yayılan aşıqlamada bildirilir ki, “Həqiqət də bəzi işçilərimizlə maaşla əlaqədar müəyyən problemlər yaranıb. Amma söhbət Cəfər Xəndan küçəsində yerləşən mağazayla bağlı deyil. Söhbət ondan gedir ki, illərdir fəaliyyət göstərdiyimiz “Sahil” metrostansiyası yaxınlığındakı mağazamız müəyyən səbəblər üzündən tərəfimizdən bağlanmışdır. Həmin mağazada isə “Çudo Peçka”nın 26 işçisi çalışırdı. Həmin işçilər dünənə mərkəzi ofisimizdə olaraq gecikdirilən əmək haqlarının verilməsini tələb ediblər. Onlarla söhbətdən sonra Şirkətimiz əmək haqlarının bir hissəsinin verilməsini, qalan hissəsini isə tədricən ödənilməsi barədə öhdəlik vəd edib. Amma işçilər əmək haqlarının tam ödənilməsinə israr ediblər”.
Məlumatda o da bildirilib ki, hər yerdə olduğu kimi “Çudo Peçka” şirkəti də böhran yaşayır və elə bu böhran səbəbindən də onların çalışdığı mağaza bağlanmışdır. Amma bu açıqlama işçilərin problemlərini həll etməyib. “Çudo Peçka” müştərilərə şirin anlar bəxş etsə də, işçilərinin yaddaşında acı xatirələr buraxıb. Onlar 8 aydır maaş almadıqlarını deyirlər. 30-a yaxın adam “Çudo Peçka”nın baş ofisinin önünə toplaşaraq, etiraz ediblər. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, etiraz edənlər işlədikləri müddətdə hələ tam maaş almadıqlarını, şirkətin müxtəlif filiallarında işləyənlər son ünvanları – “Çudo Peçka”nın sahildəki filialı bağlanandan sonra da işsiz qaldıqlarını deyiblər. İşdən çıxarılarkən onlara nə qədər maaş alacaqlarını bildirən vərəqə verilib. Maaşlarını tələb edənlər deyir ki, mağazada 1500-1700 manatlıq alver olurdu. “Çudo Peçka”nın keçmiş əməkdaşları mübarizəni dayandırmaq niyyətində deyillər, onlar dövlət qurumları qarşısında etiraz aksiyaları keçirəcəklərini bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=80317

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930