Eldar Əzizov “Badamdar” əməliyyatına başladı – SÖKÜLSÜN!

31.10.2016 - 09:22

eldarSəbail rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq İcra Hakimiyyəti tərəfindən burada hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəiyyətə gətirilməsi prossesinə başlanıb. Bu barədə modern.az saytına Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirlib ki, Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.
Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib. Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728