General Dadaş Rzayevə qarşı çevriliş planı

06.11.2016 - 15:16

rrAzərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Şura daxilindən cumhuriyyet.az-a daxil olan məlumata görə qurumda son vaxtlar bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevdir. Onu da bildirək ki, Şuranın minlərlə üzvü var və Şuraya üzv olan müharibə iştirakçıları, veteranlar və digər nümayəndələrin problem və təkliflərini həll etmək bu qurumun üzərinə düşür. Son dövrlərdə general D.Rzayevin səhhətində ciddi problrmlər yaranıb və mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bəzi qüvvələr “yuxarılar”a “Artıq bu adam Şuranı idarə etmək iqtidarında deyil”-deyə mesajlar ötürməklə bu postu ələ keçirmək niyyətindədir. Maraqlıdır ki, bizə daxil olan məlumatlarda Azərbaycan Respublikasının müdafiə naziri olmuş, döyüş yolu geçmiş, general-mayor Dadaş Rzayevin vəzifəsini hədəfləyən qüvvələrə Milli Ordu sıralarında olmamış, döyüşçü kateqoriyasından kənar şəxsin rəhbərlik etdiyi bildirilir. Bu isə Qarabağ müharibəsi veteranlarında ciddi narazılıq yaradıb.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=81227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930