Kardiologiya Elmi – Tədqiqat İnstitutunda şok: möhürü oğurladılar və…

18.11.2016 - 13:52

12qBir müddət öncə Çahangir Abdullayev adına Kardiologiya Elmi -Tədqiqat İnstitutu haqda yazı dərc etmişdik.

Həmin yazıda sözügedən səhiyyə ocağındakı acınacaqlı durum, direktor Adil Baxşəliyevin rəhbərliyi altında aparılan pul yığma kampaniyası və korrupsiya faktlarından söz açmışdıq. Həmin yazıda Kardiologiya Elmi – Tədqiqat İnstitutunun korrupsiya qruplaşmasının əsas üzvlərindən biri olan qəbul şöbəsinin müdiri Lətafət Eyvazova haqda da bəhs etmişdik.

İndi isə məlum məkandan və xanım müdirədən yeni faktlar daxil olub. Kardiologiya Elmi-Tədqiqat İnstitutunda baş verənlər haqda tam məlumatlı mənbənin bildirdiyinə görə, rəsmi ştat cədvəlində qəbul şöbəsinin müdiri olan L.Eyvazovaəslində çox mühüm mövqeyə malikdir: “Lətafət Eyvazova Adil Baxşəliyevin burdakı“kassası” sayıla bilər. Çünki adı xəstəlik tarixçəsinin açılmasından tutmuş ciddi əməliyyatlara, böyük pul silmələrə qədər əksər korrupsiya vəsaitləri məhzbu xanımın əlinin altından gəlib keçir”. Mənbəmiz belə böyük imkanların  L.Eyvazovanın həyat şəraitində özünü açıq şəkildə göstərdiyinə də diqqət çəkib:“Lətafət xanımın rəsmi əmək haqqısı 200 manat təşkil edir.1479109063_12115927_927765490604666_2483282971089789779_n

Amma onun malik olduğu kapitala nəzər yetirdikdə həmin kapitalın dəyəri bu əmək haqqı ilə qətiyyən uyğunluq təşkil etmir. Məsələn onun, Bakı kəndlərinin birində 3 mərtəbəli villaya, Ayna Sultanovaheykəlinin yaxınlığında dəyəri 200 min manat olan mənzilə sahib olması, 80 min manat dəyərində avtomobil sürməsi, mobil telefonun qiymətinin 1000 manat olması buna əyani sübutdur. Axı necə ola bilər ki, bir səhiyyə müəsisəsinin qəbul şöbəsinin müdiri öz qızına ad günündə 50 min manatlıq maşın hədiyyə etmək imkanında olsun? Lətafət xanım isə bunu bacara bilib.” Mənbəmiz L.Eyvazova ilə direktor A.Baxşəliyevin ortaq əməliyyatlarından biri ilə də bağlı da ilginc məlumatlar verib.

1479109073_11755921_889451687769380_6179804927352950252_n

Belə ki, daxil olan həmin məlumatlara görə, bir müddət öncə Kardiologiya Elmi – Tədqiqat İnstitutunun baş həkimi Əhməd Babayev məzuniyyətdə olduğu müddətdə L.Eyvazova baş həkimə aid möhürü götürərək əlilllik müəyyənləşdirilməsi üçün nəzərdə tutulan boş blankları möhürləyib. Daha sonra isə həmin hazır möhürlü blanklarla onlarla şəxsə əlillik haqda saxta sənəd verilib. Mənbəmizin sözlərinə görə, baş həkim Ə.Babayev sonradan bu olaydan xəbər tutsa da heç nə edə bilməyib. Baş Həkimin qəbul şöbəsinin xanım müdirəsinə qarşı qəzəbinin qarşısını direktor A.Baxşəliyev kəsib. Bu isə baş verən saxtakarlıq və gələn gəlirə direktorun da şərik olduğu qənaətini yaradır.(azmedia.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=81821

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31