Paket alan iki nazir müavini iş başında: Ramin Quluzadənin qaranlıq ətrafı

30.11.2016 - 00:35

raminquluzad%c9%99Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri  Vidadi Zeynalovun və nazirliyin daha bir neçə vəzifəli şəxsinin işi üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda bu cinayət işindən bir neçə nəfərin işi ayrılıb. Xatırladaq ki, bu haqda Baş prokurorluq hələ avqust ayında bildirmişdi. Lakin cinayət işinin fiqurantlarının adları açıqlanmamışdı.

Həmin yeni iş üzrə  Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq gedir. Bu işin fiqurantları arasında keçmiş nazir Əli Abbasovun olduğu haqda dəfələrlə məlumat yayılıb, ancaq rəsmən təsdiqlənməyib.

İndi “Azadlıq” radiosunun əldə etdiyi məlumata görə, ayrılmış cinayət işində keçmiş nazir Əli Abbasovla bağlı da araşdırma aparılır. Səbəb də odur ki, indi məhkəməsi gedən 11 nəfərin bir neçəsi, o cümlədən aparat rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov Əli Abbasovun əleyhinə ifadə veriblər. B. Hüseynov noyabrın 28-də məhkəmə ifadəsində də dedi ki, nazirin göstərişi əsasında xərcləri 30-35 faiz şişirdiblər və bundan əldə olunan vəsaitin də 80 faizini nazirliyə çatdırıblar.

Əli Abbasovun adı keçməsə də, 11 nəfər keçmiş rabitəçinin ittiham aktında da “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı” cinayət işinin ayrıldığı qeyd olunub.

Əli Abbasovla bağlı araşdırma aparılsa da, o, şübhəli və ya təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilməyib və yalnız şahid qismində dindirilib.Ayrılmış cinayət işində Əli Abbasovla yanaşı, daha iki nəfər haqqında da araşdırma aparıldığı bildirilir. Bunlar indiki rabitə və yüksək texnologiyalar nazirinin müavinləri İltimas Məmmədovla Elmir Vəlizadədir. Belə ki, “Rabitə işi”ində onların adı onsuz da şahid qismində keçir. Nazir müavinləri istintaqa ifadə verərək ayda 30-50 min manat “paket” aldıqlarını etiraf ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83340

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930