Çingiz Əsədullayev “MTN işi”nə cəlb olunur – Eldar Mahmudovun oğluna 500 min manat…

19.12.2016 - 01:47

Sabiq MTN rəhbəri Eldar Mahmudovun yaxın dostu kimi tanınan “Azərigazbank”ın sahibi Çingiz Əsədullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “MTN İşi” çərçivəsində istintaqa cəlb olunur. Bu barədə Gununsesi.info-ya bu prosesə zərərçəkən kimi cəlb olunan iş adamlarından biri məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxs bildirib ki, 2011-ci ildə MTN tərəfindən şantaj olunub və ondan 2 milyon pul tələb olunub. Qarşılıqlı razılaşmadan sonra bu məbləğ 1 milyona enidirilib. Ancaq buna baxmayaraq, iş adamı MTN rəhbərliyinin tələb etdiyi məbləğin ancaq yarısını düzəldə bildiyini deyib. Bundan sonra nazirin yaxın dostu olan Çingiz Əsədullayevə zəng olunub və həmin şəxsin əmlakı girov kimi saxlanılmaqla 500 min manat kredit ayrılıb. Kreditə imza atan iş adamı həmin pulun elə bankdan Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürüldüyünü deyib.
Hazırda şikayətçi kimi pulunu və əmlakını tələb edən iş adamı ümid edir ki, sonda ədalət zəfər çalacaq. Məsələ ilə bağlı Çingiz Əsədullayevin özüylə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzuya qayıdacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=84647

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031