“MTN işi” ilə bağlı daha bir rüsvayçılıq: “Arvadlarını MTN əməkdaşlarına izlədiblər”

05.01.2017 - 23:53

2016-cı ilin ən səs-küylü hadisələrindən olan “MTN işi” ilə bağlı vaxtaşırı bir-birindən ilginc informasiyalar yayılmaqdadır. ”MTN işi”lə bağlı daha bir informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, Eldar Mahmudov dönəmində MTN-ki zabit elitası arasında məşhurluq qazanan ənənələrdən biri də həyat yoldaşının xəyanətindən şübhələnən yetkililərin öz həyat yoldaşlarını, eyni zamanda zərif cinsin nümayəndələrindən olan digər yaxın qohumnlarını MTN əməkdaşlarına izlətməsi olub: “Öz səlahiyyətindən sui-istifadə edərək hər ay külli miüdarda vəsait əldə edən, qanunsuz yolla, reketlik edərək on və yüz milyonlarla manatlıq sərvətə yiyələnən bəzi MTN yetkililərinin üzləşdiyi problemlərdən biri də həyat yoldaşlarının xəyanəti ehtimalı və yaxın çevrədəki xanım qohumlarının həyat tərzinin izlənilməsi olub.
Belə ki, milyonlar içərisində bəslədikləri həyat yoldaşlarının xəyanətindən şübhələnən MTN-dəki bəzi səlahiyyət sahibləri, evdən ən müxtəlif bəhanələrlə – gözəllik salonu və ad gününə getmək, gəzmək, yaxın və uzaq qohumlara baş çəkmək, alış-veriş etmək və s.adlarla çıxan həyat yodlaşlarını suçüstü yaxalamaq üçün tabeçiliklərindəki MTN əməkdaşlarından istifadə ediblər. Həyat yoldaşlarını aylar uzunu sözügedən MTN əməkdaşlarına izlədən yetkililər milli təhlükəsizliyin müdafiəsi və təmini ilə məşğul olması gərəkən şəxsləri ailə problemlərinə alət edib, onlardan şəxsi xəfiyyə kimi yararlanıb”. Mənbənin məlumatına görə, bu işdə daha çox MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin əməkdaşlarından istifadə olunub.
Ardı var…
1.MTN yetkililərinin həyat yoldaşlarını izləyən şəxslərə hansı təlimatlar və hansı məbləğdə “əmək haqqı” verilib?
2.Səlahiyyət sahibləri onların ailə sirrini sahib olan tabeçiliklərindəki şəxslərdən sonda necə yaxa qurtarıb?
3.Bu təqibdən bütöv bir sərvət əldə edən MTN əməkdaşları buna necə nail olub? (moderator.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930