Kərəm Həsənov milyonlar necə gizlədir: Əmlak komitəsinin hərrac illüziyası…

06.02.2017 - 00:26

Dövlət əmlakının özəlləşdirilməsi prosesi ilk olaraq 1995-1998-ci illəri əhatə edir. Devalvasiyadan sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bir çox dövlət əmlakı satışa çıxarılmağa başlanılıb. Zaman-zaman satışa çıxarılan dövlət əmlakının siyahısı, hərracların gedişatı barədə media vasitəsilə məlumat verilir. Amma Azərbaycan ictimaiyyəti keçirilən hərraclara hələ də inanmır və etimad etmir. Yəni bu hərracların keçirilməsində neqativ halların qaldığına inanlar var.
Məsələ ilə bağlı yeniçağ.az-a danışan hərrac məsələləri üzrə ekspert Hafiz Babalı deyib ki, 2016-cı ilin sentyabr ayına qədər keçirilən hərracların əksəriyyətini məhkəmə qaydasında mübahisələndirmək mümkündür: “Çünki hərraca çıxarılan müəssisələrin həm qiymətində, həm də bu hərracların şəffaflığı baxımından çoxlu sayda şübhəli məqamlar var. Yəni burada həm əmək kollektivlərinin hüquqlarının pozulması, həm əmlakın bazar qiymətinə uyğun olub-olmamasını mübahisələndirmək mümkündür. Qanunvericiliyə əsasən, hərraca çıxarılan əmlakın qiyməti bazara uyğun olmalıdır ki, sonra daha yaxşı qiymətə satılsın. Keçən ilin sentyabrına qədər keçirilən 99/100-da rəqabətlilik prinsipinə əməl olunmayıb. Yəni əmlaklar o halda satışa çıxarılıb ki, əksər hallarda onların konkret alıcısı olub və satılıbdır. Təsadüfi halda hərracda qeyri-yaşayış sahələrinin satılmaması müşahidə olunub. Amma bu, istisnadır.
Prezidentin ötən ilin may və iyun aylarında verdiyi fərmanlardan sonra bu porses sanki yeni bir məcraya düşdü. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə əməl etməyə çalışır. Burada da müəyyən nöqsanlı cəhətlər, çatışmazlıqlar var. Amma bir daha qeyd edirəm ki, buna qədər aparılan özəlləşdirmədəki pozuntular, dövlət büdcəsindən yayındırlan vəsaitlər və digər məsələlər çoxlu şübhələr doğurur. Buna görə də sözügedən sahəyə məsul olan, xüsusilə komitə sədri, müavinləri, şöbə müdirləri, əmlakın qiymətləndirilməsinə cavabdeh olan şəxslər birbaşa məsuliyyət daşıyırlar. Təəssüflər olsun ki, Azərbaycanda özəlləşdirməyə dövlət və ictimai nəzarət olmadığına görə biz bu hallarda məsuliyyət tədbirlərini görə bilmirik. Eyni şəxslər prosesi davam etdirirlər. Artıq dövlət büdcəsinin doldurulması ilə bağlı tapşırıqlar verilib və komitə özünü buna kökləyib. Hesab edirəm ki, köhnə komanda ilə yeni işi görmək düzgün deyil. Komanda yenilənməlidir, komitəyə daha layiqli insanlar gəlməlidir. Fikir verirsinizmi, hələ də cəmiyyətdə şübhələr var ki, Azərbaycanda həqiqətənmi hər şey qaydasındadır, dövlət əmlakının hərracı qanuni əsaslarla keçirilir? Bu, mənfi təcrübənin nəticəsidir ki, biz hərracların doğru-düzgün keçirilməsinə inanmırıq. Bu inamsızlığı aradan qaldırmaq üçün kardinal dəyişikliklərə ehtiyac var”.
H. Babalı deyib ki, bu gün hərraca çıxarılan əmlakların böyük əksəriyyəti bir investorun təklifinə əsasən özəlləşdirilir və qiymət artımları müşahidə olunmur: “Hərraca çıxarılan əmlak elə hərrac qiymətinə də satılır. Eyni zamanda informasiyanın geniş auditoriyaya çatdırılmasında da nöqsanlar var. Artıq bu informasiya təminatı məsələsidir. Bu məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət büdcəsindən külli-miqdarda vəsait əldə edir. Söhbət milyonlardan gedir. Əmlak komitəsi milyonlar xərcləyir, amma biz onu görə bilmirik. Görünən odur ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əvvəlki kimi hərraclar barəsində məlumatı özünün 3 min tirajla çıxan “Mülkiyyət” qəzetində verir, müəyyən qədər press-relizlər yayır və yeni yaratdığı platforma üzərindən məlumat verilir. Bukletlər olmalıdır və onları əhalinin gur olduğu yerlərdə paylamaq lazımdır. Maraqlı şirkətlərə hərracla bağlı elektron poçtla məktublar göndərmək mümkündür ki, daha çox alıcı kütləsi hərraclara cəlb olunsun. Misal üçün, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı əlçatan informasiyalar komitə ictimaiyyətə çox xəsisliklə verir. Məlumat ancaq komitənin informasiya bazasında yayılır. Təsəvvür edin ki, bu müəssisənin özəlləşdirilməsi üçün “KPMG” beynəlxalq məsləhət şirkəti dəvət olunub. O şirkət nə iş görüb məlum deyil, amma həmin müəssisəni alacaq tərəf bu məsləhət şirkətinə 160 min manat ödəməli olacaq. “KPMG” beynəlxalq məsləhət şirkətinin bu kombinatın özəlləşdirilməsi üçün xarici investorlar arasında nə iş apardığını vizual olaraq görə bilmirik”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031