Əziz Əzizovun yüksəliş yolu: Tramvay parkının ustası necə icra başçısı olub?

17.02.2017 - 01:46

Azərbaycandakı yüksək çinli məmurlar onlara tabe olan nazirlik və komitələrdən başqa rayonlara da nəzarəti həyata keçirirlər. Aparılan abadlıq və quruculu işlərinə, rayonlardakı problemlərin yuxarı dairələrə çatdırılmasında və həllində böyük dəstək verirlər. Bir sözlə, rayondakı vəziyyətə cavabdehlik daşıyırlar.
Bu hal Quba və İsmiyıllı hadisələri zamanı tam təsdiqini tapdı. Quba hadisələri zamanı sabiq Nəqliyyat naziri Ziya Məmmədovun dərhal rayona getməsi və problemin yerindəcə həllinə çalışmasının, eləcə də, İsmayıllı hadisələrinin nəticəsi olaraq rayona nəzarət edən eks Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun postunu itirməsinin şahidi olduq. Bütün bunlar bir daha göstərdi ki, mətbuatın yazdığı kimi rayonlar bölgələrə görə məmurların nəzarətinə verilib. Əslində bu hal daha uğurludur və inkişafa aparan bir haldır. Ən azından icra başçıları nəzarətdə oduqlarını unutmurlar. Bu dəfə cumhuriyyet.az olaraq haqqında bəhs edəcəyimiz rayon – Cəlilabad da məmurlardan birinin, daha doğrusu, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun nəzarətindədir. Kərəm Həsənov əslən cəlilabadlıdır və bu rayonun problemlərini, insanlarını yaxşı tanıdığı üçün rayon onun nəzarətinə verilib. Rayonun icra başçısı isə əvəllər Tramvay parkında usta işləmiş Əziz Əzizovdur.
Dosye: Əzizov Əziz İmran oğlu – Cəlilabad Rayonu İcra Hakimiyyətinin Başçısı
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.
15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi əmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – h/h Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı.
Bakı şəhər Nəqliyyat Departamentinin idarə rəisliyindən sahibkara qədər…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 avqust 2006-cı il tarixli 1595 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Diqqət etdinizsə, Əziz Əzizovun icra başçısı postuna təyinatına kimi yüksək vəzifəsi olmayıb. Ən böyük vəzifə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postu olub ki, bu da nəqliyyat sektorunda yüksək vəzifə hesaab olunmur.
Daha sonra və ən əsası ömür böyu heç bir dövlət qurumunda yüksək post tuta bilməyən Əziz Əzizov sahibkarlıq fəaliyyətinə başlayıb. Ümümiyyətlə, Azərbaycanda, 2006-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq o qədər də asan deyildi. Əsasən Rüsiyadan gələn və əli milyonlarla oynayanlar Əziz Əzizov kimi sahibkarlara imkan verməzdi. Amma, di gəl ki, Ə.Əzizov Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis postundan imtina edib gözlənilmədən sahibkar olub. Necə? Kimin dəstəyi ilə? Dövlət işində işləyə-işləyə necə sahibkar olmaq olar? Aldığı əmək haqqı ilə həm dolanmaq həm də sahibkar olmaz mümkündürmü?
Və daha böyük vəzifə – Cəlilabadın icra başçısı…
Daha böyük vəzifə və daha böyük məsuliyyət… Sahibkarların çox maraqlı bir sözü var. Sahibkar hansı postu tututrsa tutsun, bütün fəaliyyətini sahibkarlığa yönəldəcək. Cünki onun istəyi məqsədi pul qazanmağa istiqamətlənib. Görünür, Əziz Əzizov da köhnə sahibkar peşəsini unutmasq istəmir və icra başçısı olduğu rayona – Cəlilabada öz biznesi kimi baxır.
Bu gün kifayət qədər imkanlı icra başçıları sırasında Əziz Əzizovun da adını yanaşı çəkmək olar. Onun, Cəlilabadda və Neftçalada kifayət qədər biznesi mövcuddur və deyək ki, o bu biznesi Cəlilabaddan yaxşı idarə edir. Cünki, sahibkardır. Amma burada bir maraqlı məqam da var. Maraqlıdır ki, Əziz Əzizov necə Komitə sədri Kərəm Həsənovun adamı ola bilib? Axı, o, 1986-çı ildən Nəqliyyat sektoruynda çalışıb. Tramvay parkında xətt sahəsi əmiri ustası, Tramvay parkında vaqon bölməsində usta, Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis, sahibkar və icra başçısı…
Son günlərədək, təxminən 20 ildən artıq ki, ölkənin nəqliyyat sektoru Ziya Məmmədovun nəzarətindədir. Məhz Əziz Əziziv da Ziya Məmmədovun nazir olduğu dövrlərdə qismən yüksək vəzifələr tuta bilib. Təbii ki, bu postlara onu Ziya Məmmədov təyin edib. O zaman Ziya Məmmədovun adamı necə Kərəm Həsənovun adamına çevrilə bildi?
Redaksiyamıza daxil olan məlumata görə, Əziz Əzizov Nəqliyyat sektorunda olarkən sahibkarlıq fəaliyyətinə başlayıb. Ziya Məmmədova yaxın olan adamlarla iş birliyi quran Əzizov qısa müddətdə böyük sahibkarlardan birinə çevirilib. Sahibkar kimi işini əla bilən Ə.Əzizov yuxarıların dəstəyini qazanıb və icra başçısı postuna sahib olub. Burada başqa məqamlar da var ki, araşdırmalardan sonra dəqiq məlumat verəcəyik. Bəzi məqmlarda Ziya Məmmədova yaxınlığı hiss olunsa da, Ə.Əzizovun ara-sıra Kərəm Həsəmovla müəyyən problemlərinin olması da müşahidə olunur. Amma bu günə kimi, onun Nəqliyyat naziri Ziya Məmmədovun yoxsa Komitə sədri Kərəm Həsənovun adamı olması sual olaraq qalır. Elə isə – Əziz Əzizov kimin kadrıdır – Ziya Məmmədovun yoxsa Kərəm Həsənovun?
Komitə sədri ilə ortaq biznes
Ə.Əzizovun Kərəm Həsənovla ciddi biznes əlaqələrində olduğu da daxil olan xəbərlər arasındadır. Belə ki, Cəlilabadda üzüm sahələri, restoranlardan tutmuş Bakıdakı bir çox iri obyektlər bu iki şəxsin ortaq biznesinə daxildir. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə on milyon dollara başa gəlmiş həmin ticarət obyktinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Mənbənin sözlərinə görə, Kərəm Həsənov dövlət məmuru olduğundan özünün birbaşa mərkəzə nəzarət etməsi mümkünsüzdür. Və bu səbəbdən də maliyyə işlərini qardaşı, deputat Malik Həsənova həvalə edib. «Baku Mall»ın ikinci şəriki isə Cəlilabadın icra başçısı Əziz Əzizovdur. Qeyd edilir ki, Qələbə Meydanında yerləşən «Baku Mall»ın tikintisini Kərəm Həsənova məxsus olan «Azinko» şirkəti həyata keçirsə də, onun bütün maliyyəsini sözügedən icra başçısı verib. Elə buna görə də, Əziz Əzizova ticarət mərkəzindən önəmli pay ayrılıb.
Onu da bildirək ki, bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək… Qarşı tərfin də mövqeyini dərc etməyə hazırıq…

Elçin Əmirov, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728