Xətai icra başçısının yarmarka biabırçılığı: gəlişi bir dərd, gedişi başqa

12.03.2017 - 22:26

Hər şənbə günü Xətai rayonu ərazisində açılan kənd təsərrüfatı mallarının satış yarmarkasında bu dəfə ikrah yaradan hadisə baş verib. Alıcıların verdiyi məlumata görə, Xətai rayonu İcra Hakimiyyəti başçısı Razim Məmmədov yarmarka ərazisinə daxil olan kimi, rayonun əksər dövlət orqanlarının əməkdaşları onu dövrəyə alaraq, əhali ilə təmasına imkan verməyiblər.
Mənzil İstismar Sahəsinin işçiləri, bələdiyyə üzvləri, su, qaz, işıq idarələrinin rəhbər nümayəndələri və əməkdaşları, o cümlədən ərazinin polisləri əl-ələ verib, başçının dörd bir yanında canlı hasara çevriliblər. Rayonun sahibi də məruz qaldığı bu vəziyyətə nəinki etirazını bildirib, əksinə, gülüşündən belə anlaşılıb ki, özünü dəryada balıq kimi hiss edir. Bunlar azmış kimi, hasar məmurlar Razim Məmmədovu canu-dildən tərifləməyə başlayıblar. Yarmarkada alver edən sadə vətəndaşlardan bir kimsə rayon rəhbərliyinə yaxınlaşaraq, dərdini deyə bilməyib.
Hadisənin kulminasiyası başçı yarmarkanı tərk edəndən sonra baş verib. Əhali ilə rəhbərin arasında səddə çevrilən həmin insanlar arasında olan yarmarkaya cavabdeh şəxslər mal satmaq üçün ayrılan ərazinin hər iki metrini satıcılara 20 manata satmağa başlayıblar. Bu münasibət narazılıq yaratsa da, proses dayandırılmayıb. Beləcə həmin 20 manatlar satıcılar tərəfindən məcburən satılan malların üzərinə qoyulub və qiymətlər market qiymətlərindən baha olub.(missiya.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=90170

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930