Fərhad Əliyev projesi: başgicəllənmədən doğan xəyanət yolu…

19.05.2017 - 00:10

Fərhad Əliyev yenidən Azərbaycanda və yenidən siyasi gündəmdədi. Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin ölkəyə qayıtması və biznesə başlaması barədə yayılan xəbərlər ölkə gündəmini zəbt edib. Sabiq nazirin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibi olduğu deyilir. Fərhad Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2,5 ha torpaq sahəsində sürtgü yağları istehsal edən zavodun tikintisinə başladığı artıq rəsmən təsdiqlənib. Cumhuriyyet.az olaraq “Türkiyə və ABŞ-ın ortaq layihəsi: Fərhad Əliyevin Azərbaycana qayıdışının pərdəarxası” başlıqlı məqaləmizdə bu məsələni geniş şəkildə təhlil edərək sabiq nazirin, sabiq dustağın ölkəyə qayıdığı ilə bağlı bəzi məqamlara toxunmuşduq. Kifayət qədər anlaşılmaz, təhlükəyə atılmadan özünüqoruma taktikasının növbəti addımı olan bu qayıdış və bununla bağlı ehtimallara fikir verməmək də olardı. Amma adamın nə qədər də “mən siyasətə qarışmıram” deməsinə rəğmən içindəki böyük iddiaları boğa bilməməsini görməyimiz mövzunu davam etdirmək qərarımıza səbəb oldu. Beləliklə, cumhuriyyet.az olaraq Fərhad Əliyev şəxsiyyəti ilə bağlı suallara öz həyat yolundan cavab veririk.
Kimdir o?
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bəziləri qatı Əliyevçi, bəziləri məxfi inqilabçı kimi xarakterizə edirlər. Kifayət qədər ziddiyyətli, ziddiyyətli olduğu qədər də anlaşılmaz gedişlərlə yadda qalan Fərhad Əliyev müasir Azərbaycan tarixinin ən qalmaqallı nazirlərindən biridir. Bu şəxs 2005-ci ildə həbs olunmasına qədər siyasi karyerasının pik nöqtəsinə çatan, elə həmin zirvədən də “yıxılan” və düz 8 il sonra “sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan biri olaraq gözlərimiz önündədir. Onun haqqında nə demək olar: inqilabçıydımı, rejimi dəyişmək istəyirdimi, ya indi özünün dönə-dönə təkrarladığı kimi qatı əliyevçidir? Hər halda bunun heç birinin olmadığı düşüncəsindəyik, Fərhad Əliyev o qəbil insanlardandır ki, onda sadiqlik və ya yüksək ideallar uğrunda özünü təhlükəyə atmaq cəsarəti çatışmır. Bununla belə onun şəxsiyyəti geniş oxucu kütləsi üçün maraqlı olduğundan sabiq iqtisadi inkişaf nazirini yaxından tanımaq və tanıtdırmaq qərarına gəldik. Beləliklə…
Fərhad Şövlət oğlu Əliyev1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (ADİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildən etibarən də Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib. Ailəlidir. İki övladı var. Həyat yoldaşı S.Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur və hazırda bu təhsil müəsisəsində əmək fəaliyyətini davam etdirir.
Necə nazir olub?
Fərhad Əliyev 1985-90-cı illərdə o zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Respublikası Gənclər Təşkilatı Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatnda ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı illərdə Fərhad Əliyev özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görüb.1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışıb.
2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub. Həmin vaxt onun belə bir yüksək posta
gətirilməsində indiki prezident İlham Əliyevlə dostuq münasibətlərinin də həlledici rol oynadığı deyilir.
“İslahatçı” pərdəsi arxasındakı korrupsioner
Əslində onun iqtisadi inkişaf naziri postuna gətirilməsi hakimiyyət daxilində balanslaşdırma siyasətinin elementi kimi nəzərdən keçirilməlidir. Əsas hədəfi anti-inhisar olan sabiq nazir həyata keçirdiyi müəyyən islahatlarla
iqtisadiyyatın idxaldan azad olunmasını, yerli məhsulların bazarlarda dominantlıq etməsini təmin edən addımlarıyla yadda qaldı. O zamanlar üçün “hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası bu gün də unudulmayıb. Bu həmin ərəfə idi ki, artıq Fərhad Əliyev uğurlarından gicəllənərək siyasi iddialara belə düşmüşdü. Hər halda o yaxşı anlayırdı ki, rəqibləri ilə problemini həll etmədən iddialarını təmin etmək çox çətin olacaq. Məhz elə bu baxımdan da Fərhad Əliyevin guya “islahatçı” olması haqda cəfəngiyyatın heç bir əsası yoxdur. Sadəcə olaraq, özü haqda belə bir imic yaratmaqla o özü və digərləri arasında “keyfiyyət fərqini” gözlər önünə sərməyə çalışırdı. Hər halda “demokrat” və “islahatçı” olmasının onu rüşvətxorluqda və korrupsiyada iştirakını əngəlləmirdi ki, bu da yuxarıdakı fikrimizi qüvvətləndirir. Unutmayaq, Fərhad Əliyev həbs olunduğu 2005-ci ildə Azərbaycanın ən varlı şəxsləri siyahısına düşməyi bacarmışdı. Bu isə onu “Azərbaycanın Saakaşvilisi” kimi təqdim edənlərə ən tutarlı cavabdır: O ənənəvi Azərbaycan korrupsionerlərindən biridir, vəssalam.
Qərb səfirliklərində gizli görüşlər; Fərhad Bisutun dağını yarır?
Fərhad Əliyev kimi siyasətdə təsadüfi parlayanların əksəriyyəti eyni səhvləri buraxır. Onlar bir qədər var-dövlət toplayandan sonra düşünürlər ki, elə bu rüşvət və korrupsiya piramidasınının başında dayanaraq hər şeyə nəzarət
də edə bilərlər. Bəli, artıq 2003-cü ildən başlayaraq bizim qəhramanda da həmin xəstəliyin simptomları görünməyə başladı. Ətrafı bir ağızdan onun “möhtəşəmliyindən” dəm vurur, digər tərəfdən o özünü belə inandırıb ki, guya
həqiqətən “islahatçı” nazirdir, digər tərəfdən isə Qərb səfirlikləri bu özündənrazı və dikbaş nazirlə maraqlanmağa başlayır. Hər halda Fərhad Əliyev persona kimi onlara maraqlı görünür. Və beləcə, sabiq iqtisadi inkişaf naziri
tez-tez Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərində görünməyə başlayır. Bununla bağlı yayğın olan və həqiqəti əks etdirməyən versiya belədir ki, guya Qərb siyasi dairələri Fərhad Əliyevin timsalında yeni lider tapmışdı və onun
hakimiyyətə gəlişi üçün çalışırdı. Yenə uydurma və cəfəngiyyat!!! Ən azından həmin dövrü xatırlayın: Hakimiyyət həm Qərb, həm də Rusiya ilə tam anlaşma şəraitində idi və Azərbaycanda hakimiyyəti dəyişmək gücündə olan heç bir tərəf belə bir niyyətdə deyildi. Sadəcə olaraq, Qərb səfirləri bu cavan oğlanla maraqlanırdı və həmin cavan oğlan da özü özlüyündə qəhraman obrazı yaradaraq yolunu dəyişmişdi bu qədər….
“Narıncı röya” və diksinərək oyanma…
Fərhad Əliyevin həbs olunduğu 2005-ci ilin parlament seçkiləri ərəfəsini xatırlayaq. Ökə müxalifəti hakimiyyət əleyhinə bu gün də nastalji ilə xatırlanan möhtəşəm müqavimət təşkil etməyi bacarmışdı. Çoxları hesab edirdi
ki, Gürcüstanda və Ukraynada uğurla yekunlaşmış “narıncı inqilab”ın növbəti dayanacağı məhz Azərbaycan olacaq. Bütün ölkə narıncıya bürünmüşdü. Məhz belə bir ərəfədə Fərhad Əliyev daha bir səssiz jesti ilə diqqətləri üzərinə çəkə
bildi: Nazir narıncı qalstukda görünməyə başladı. Bu artıq təcrübəsiz və iddialı nazirin hakimiyyətə aşkar şəkildə müharibə elan etməsi idi. Söhbət onun müxalifətə qoşularaq hansısa uğur əldə edə biləcəyi ehtimalından da getmirdi.
Ən azından hakimiyyət texnoloqları kimlərlə necə anlaşdıqlarını və hakimiyyət dəyişikliyinin söz konusu olmadığını Fərhad Əliyevdən yaxşı bilirdi. Bununla belə, Fərhad Əliyevin buna qədər etdikləri və müxalifətlə təmaslar yaratmağa
cəhd göstərməsi hakimiyyətin bütün qollarında birmənalı qarşılandı: XƏYANƏT.
Artıq hakimiyyətdə hətta bir-birinin qanını içməyə hazır olan ayrı-ayrı qruplaşmalar da Fərhad Əliyevə qarşı inanılmaz birlik içindəydi. Əsas söz sahibləri xəyanətkarın cəzalandırılmasını tələb edirdilər: Onun həbsi an
məsələsiydi.
Məşum 19 oktyabr: kabinetdə həbs
2005-ci il oktyabrın 19-da Fərhad Əliyev evindən çıxaraq işə gələndə bəlkə heç ağlının ucundan da keçirməmişdi ki, bu nazir kimi onun sonuncu iş günüdür. Çünki sonradan məlum olacaqdı ki, Fərhad Əliyevin həbsi kifayət qədər məxfi şəkildə planlaşdırılmış və bu plandan 5-6 nəfərdən başqa heç kəsin xəbəri olmamışdı. Hər kəs adi günlərdən birini yaşayacağını zənn etdiyi vaxt bir xəbər sakit səmada şimşək effekti yaratdı: FƏRHAD ƏLİYEV HƏBS OLUNDU!
Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyat nəticəsində “nadincı nazir” öz xidməti kabinetindəcə həbs edildi. Həmin anda nazirin hansı hisslər keçirdiyini bilmək çox maraqlı olardı. O, bəlkə də bunun anlaşılmazlıq olduğunu
düşünür və qollarını qandallayan zabitlərə nələrisə izah etməyə çalışıb-kim bilir… Amma bu həbs onun düz səkkiz ilini aldı. Əvvəlcə sədaqətlə qulluq etdiyi, daha sonra əleyhinə çıxmaq istədiyi rejim onun “ömrünü oğurladı”. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il
müddətinə azadlıqdan məhrum edildi. Daha iddialı nazir “ölmüşdü”, indi onun yerində sıradan bir dustaq vardı… Fərhad Əliyev “narıncı röya”dan diksinərək ayılmışdı…
İkinci uğursuz cəhd, yoxsa?…
Başına gələnlərdən sonra Fərhad Əliyevin Azərbaycana qayıdaraq Bakıda məskunlaşmiası çoxlu suallar yaratmaqdadır. Hər şeydən əvvəl Fərhad Əliyev bu qərarı alarkən, Azərbaycanda yenidən həbs olunma təhlükəsini nəzərə almalıydı. Bu təhlükə üzərindən onun Azərbaycana sərmayə qoyması, həmçinin öz təhlükəsizliyi ilə bağlı ona verilən sözlərə inanması, heç də inandırıcı görünmür. Hansısa bir məqsəd Fərhad Əliyevi bu təhlükəyə göz yumaraq Azərbaycana qayıtmasını sövq etməlidir. Məntiqlə Fərhad Əliyev öz təhlükəsizliyi üçün təminatı təkcə Azərbaycandan deyil, xarici ölkədən də almalıdır ki, rahat şəkildə Azərbaycana dönərək burda biznes fəaliyyəti ilə məşğul ola bilsin.
Bununla bağlı cumhuriyyet.az olaraq ötən yazımızda qeyd etdiyimiz məqamları xatırlatmaq yerinə düşər: “İddia olunur ki, Fərhad Əliyevin Azərbaycana qayıdıb bizneslə məşğül olmasını Azərbaycan prezidentin İlham Əliyevdən məhz Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xahiş edib. Ərdoğan oğlu Bilal Ərdoğanı isə Fərhad Əliyevə şərik qoşub və bununla da yatırılan sərmayəni və Fərhad Əliyevin təhlükəsizliyini sığortalayıb. Mənbə bildirir ki, Bilal Ərdoğanın Fərhad Əliyevə şərik edilməsini Mərkəzi Kəşfiyyat İdarəsi istəyib və ABŞ-ın bölgədəki uğurlu layihələrinin və planlarının başarılı icraçısı olan Ərdoğan təbii ki, patronlarının bu addımına qarşı çıxmayıb.
Ərdoğana bu göstəriş Graham Fullerdən sonra ABŞ-ın Yaxın və Orta Şərq layihələrindən sorumlu olan Henri J. Berkey tərəfindən verildiyi bildirilir. Qaynağımızın iddiasına görə, Fərhad Əliyevin özü də Mərkəzi Kəşfiyyat İdarəsinin önəmli simalarından olan Henri Barkeylə təmasları qeydə alınıb.
Fərhad Əliyevin Azərbaycana qayıtmasının pərdə arxasında ABŞ-ın və Türkiyənin ortaq strateji maraqları dayanır. Bu barədə cumhuriyyet.az saytına daxil olan məlumatda bidirilir. Hər şeydən əvvəl ABŞ-da İlham Əliyev hakimiyyətini Rusiyaya qarşı təminatlı tərəfdaş kimi qəbul etmirlər və bu üzdən də Fərhad Əliyevin Azərbaycana qayıdışı Vaşinqtonun və Ankaranın Rusiyaya qarşı ehtiyat karta olan ehtyacdan doğan zərurətdir. Mənbə onu da qeyd edir ki, Fərhad Əliyevin Bakıda təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın və Türkiyənin əlində kifayət qədər təsir imkanları var. Ona görə də Fərhad Əliyev ona verilən bu təmnata tam güvənərək Azərbaycvana qayıdıb. Və ardtıq demək olar ki, Fərhad Əliyev mümkün varintlarda Azərbaycanda hakimiyyətə gəlmək üçün ABŞ-ın və Türkiyənin dəstəyini alıb. Faktiki olaraq Fərhad Əliyevin Azərbaycanda hakimiyyətə gətirilmək planı Rusiyanın Azərbaycanda olan nüfuzunun minimuma endirilməsinə planlanıb”.
Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94224

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031