ANS-ə şad xəbər – Baş Prokurorluqdan məktub göndərildi

11.07.2017 - 18:48

“Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib”

Cumhuriyyet.net xəbər verir ki, bunu modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür: “Təxminən bir həftə öncə təkcə Zoologiya İnstitutuna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.

Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə pisləşdirmək, ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin vəziyyətdə bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər”.

E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün  Zoologiya İnstitutu öhdəliklərini yerinə yetirə bilmir: “Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnstitutunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnstitutunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik”.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31