“Azərsu”dan qeyri-müəyyən cavab və Prezidentə şikayət

01.08.2017 - 22:13

Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11 ünvanda yaşayam Cavadov Elçin Məhəmməd oğlu ölkə rəhbərliyinə müraciət edib. Surəti cumhuriyyet.az-a da göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
Cənab Prezident,mənim Sizə ünvanladığım   şikayət məktubuna Azərbaycan Respublikası “Azərsu” açıq səhmdar cəmiyyəti tərəfindən belə bir  qeyri-müəyyən   cavab göndərilib.

Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və “Azərsu” ASC-nin sədrinə etdiyiniz müraciətə “Birləşmış Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində yaşayan əhali və digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçmə nasosları vasitəsi ilə təmin edilir.Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun verilməsi nəzarətdə saxlanılır.

İmza:       Direktorun birinci müavini Vəli Həsənov

Cənab  Prezident, məlumunuz  edirik ki,Gəncə  şəhərində  içməli  su xüsusi su  maşınları  ilə  daşınaraq  yaşayış  binalarının  qarşısında 10 litri  40 qəpiyə satılır və yaxud “Qazel” tipli  maşınlarda  kanistrlərə  doldurularaq 10  litri   40-50 qəpiyə  pərakəndə  şəkildə   satılır.Bizim  şikayət  etdiyimiz  su  isə , “Azərsu”  rəhbərliyinin  ərizəmizə   cavabında  iddia etdiyi kimi içməli su deyil.Bu artezian suyudur və  yüksək codluq dərəcəsinə malikdir.

Digər  tərəfdən,  bu  su  ambara vurulur  və  bu  ambarın içərisində  isə  siçovul  leşinə  kimi  hər şey var.Həmin  ambardan  isə  iki gündən  bir,  30 kVt-lıq  mərkəzdənqaçma nasosu ilə  cəmi 2 saat  müddətinə  növbə ilə yaşayış binalarına   verilir.Əhali  isə  bu suyu  “Aqidel” tipli  motorlarla  yaşayış  binalarının  damında olan  su  çənlərinə  vurur  və  qənaətlə istifadə edir.Bu   su  içməli  su  ola  bilərmi?

Digər tərəfdən mənim şikayət məktubum tamamilə başqa məzmundadır. Mənim  yazdığım  şikayət məktubu  aşağıdakı  məzmundadır .

                                                     Azərbaycan Respublikasının Prezidenti

                                                      İLHAM ƏLİYEV  cənablarına

Məlumunuz  edirik  ki,biz  Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən  Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.

Məlumunuz  edirik ki,  yaşadığımız ərazini su ilə təmin edən artezian motoru  27 ədəd  4 mərtəbəli yaşayış binasına , çoxlu həyət  evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən  motor 55 kVt gücündə idi.Su  idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq  “Aqidel” markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla  əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan  özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da  daimi olaraq bu xəttə qoşublar, oradakı  su çiləmə qurğuları  da bura qoşulub. Nasosxanada su iri  bir  ambara yığılır və  oradan da həmin  30 kVt-lıq mühərriklə  əraziyə verilir.Bu ambarın içərisində  isə  antisanitariya  hökm sürür.

Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə  su birinci mərtəbələrə gəlmir ki,heç olmasa “Aqidel” nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun  yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz .                                              

                                         Hörmətlə, Elçin Məhəmməd oğlu Cavadov

                                        Ünvan: Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11″

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97463

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930