Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana gəlsən həbs olunacaqsan”

12.08.2017 - 10:36

Londonda keçirilən dünya yüngül atletika çempionatında 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq Türkiyə adından sensasion qələbə qazanan azərbaycanlı atlet Ramil Quliyevi Azərbaycana qayıdacağı təqdirdə həbs etməklə hədələyiblər. Virtualaz.org xəbər verir ki, bunu Ramil Quliyev “Hürriyyet” qəzetinin idman yazarı Fatih Saboviçlə söhbətində deyib.

Qəzet xatırladır ki, Ramil Quliyev Azərbaycanın məşhur atleti, 200 metr məsafəyə qaçış üzrə bir sıra nailiyyətlər qazanmış Eldar Quliyevin oğludur. Dünyada məşhur atlet Useyin Boltun 4 ildir dalbadal qazandığı dünya çempionu adını ondan alan azərbaycanlı atletin qələbəsi dünya mətbuatında geni rezonans doğurub. Ramil Quliyev “Hürriyet” yazarı ilə söhbətində vaxtilə atasının ona necə güc verdiyini danışıb.

“2007-ci il mayın 29-u idi. O günü tez-tez xatırlayıram. 17 yaşım tamam olurdu. Bakıda keçirilən Azərbaycan çempionatında 200 metr məsafəni 20.62 saniyəyə qaçmışdım. Yarışdan sonra atamla və məşqçimlə çay bağçasında oturduq. Atam mənə “Bu yaşında 21 saniyənin altına endin, hələ inanana bilmirəm. Bundan sonra limitin yox, hər şeyi bacara bilərsən, oğlum” dedi. Həmin an sanki dünyalar mənim olmuşdu. O gündən sonra həmişə bu anlardan və atamdan qüvvət aldım”, – Ramil Quliyev danışır.

Atlet 2010-cu ildə “Fənərbaxça” klubuna keçib, 2011-ci ildə Türkiyə vətəndaşlığına keçməyi qərara alıb. 2012-ci ildə Azərbaycanın idman naziri Azad Rəhimov Ramil Quliyevi “yüksək maddi tələblər irəli sürməkdə” ittiham etdi. Ramil isə Türkiyədəki atletizm həyacanı və imkanlar baxımından bu ölkəni seçdiyini bildirdi. Azərbaycanın adından çempionatlarda çıxış etmək istəmədi. “Həmin vaxt o, Azərbaycan vətəndaşlığından çıxarılma və Azərbaycana girərsə həbs olunma təhdidləri ilə qarşı-qarşıya qaldı. Azərbaycan İAAF-a müraciət edib 2013-cü ilin aprelinə qədər Ramilin başqa ölkə üçün yarışmasını əngəllədi”-“Hürriyet” yazarı bildirir.

Həmin tarixdən sonra atlet Türkiyə forması ilə yarışmağa başlayır…

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi qələbə münasibətilə təbrik edib, onun qələbəsinin Türkiyə-Azərbaycan qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=97882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31