245 saylı məktəbdən Mikayıl Cabbarova ittiham: nazirimiz şagirdləri “təcrübə dovşanına çevrib”

02.10.2017 - 20:42

Bakı şəhəri. Xətai rayonu. 245 nömrəli məktəbin biologiya müəllimi Dilşad Nağıyeva cumhuriyyet.az-ın elektron poçtuna təhsil problemi ilə bağlı maraqlı məktub göndərib. Kifayət qədər ciddi məsələlərdən bəhs edən həmin yazını diqqətinizə çatdırırıq: “Əslində bu yazını yazmayacaqdım. Cünki direktorun qanunsuz hərəkətlərindən müvafiq qurumlara şikayət vermişdim və oturub bütün sivil insanlar kimi şikayətimin cavabını gözləmək, cavab məni qane etməzsə daha yuxarı instansiyalara müraciət etməyi düşünürdüm. Amma bu gün gördüyüm mənzərə məni iliklərimə kimi sarsıtdı, bir anda haqqa, ədalətə, insanlığa inamımı itirdim.
Bu gün bir qadın, bir ana məktəbin qarşısında asılmış siyahıya baxır və ağlayırdı. Bu siyahılar məktəb direktorunun V siniflər arasında “Təmayül siniflər” yaratmaq adı ilə keçirtdiyi imtahanın nəticəsi idi. Qadının rəngsiz, ağarmış saçları, boyasız sifəti və ağlar gözləri məni də kövrəltdi. Yaxınlaşıb nə olduğunu soruşdum. Qadın bu gün sinif yoldaşlarının onun oğlunu “sən geri zəkalısan” deyib siniflərindən qovduğunu söylədi və hönkürüb ağladı.Ona təskinlik üçün heç nə söyləyə bilmədim. Bu ana nə istəyirdi? Övladını nə liseylərdə, nə də pullu özəl məktəblərdə yox, dövlət məktəbində oxutmaq, normal bir mühitdə böyütmək…
Qadın “…mən nə edim, oğlum məktəbə gəlmək istəmir” deyib bir daha hönkürdü.Qadının o halını sözlərlə ifadə etmək mükün deyil. Sadəcə bunu yaşamaq lazımdır. Bax onda haqqına, ədalətinə inandığım insanlara, yazdığım şikayətin düzgün araşdırılacağına ümidimi itirdim.Yəni doğrudanmı yuxarıda oturanlar təyin etdikləri məktəb direktorlarının bu “padşahlıq” havalarından xəbərsizdirlər?
Məsələ V siniflər arasında “Təmayülləşmə“ adı ilə şagirdləri “yaxşılara” və “ pislərə” bölməkdən ibarətdir. Direktor bu məsələdə Bakı Baş Təhsil İdarəsi tərəfindən də dəstəkləndiyini söylədi. Əslində “ Təmayül sinifləri” adlandırdığı bu siniflərdə mahiyyətcə hec nə dəyişmir. Dərs saatları, dərs proqramı və hətta orada dərs deyəcək müəllimlər də olduğu kimi qalır. Bəs onda “güclü” adı altında bəzi şagirdləri bir sinfə, digərlərini də başqa sinifdə oturtmağın nə mənası var? Axı biz burada uşaq psixologiyasından danışırıq. Şagirdin sinfini dəyişmək və həm də zəifləri bir sinfə yığaraq onları çıxdaş etmək nə dərəcədə doğrudur? Dərs ili başlayar-başlamaz şagirdləri imtahana salmaq hansı maraqlardan irəli gəlir? İmtahanların ədalətli olacağının qarantı kimdir və bu mexanizm necə qurulub?
Suallara keçməmişdən öncə bu “Təmayülləşmənin” nə qədər şagirdə travma verdiyinə baxaq. Belə ki, imtahana girən 188 şagirddən 92-si güclü siniflərə, 149 -u isə zəif siniflərə salınıb, imtahana girmək istəməyən şagirdlər də zəiflərin sırasına qatılıb. Görəsən məktəb direktoru yeni islahatın əsas məqsədinin məhz şəxsiyyət yetişdirmək olduğunu bilirmi? Yaxud müasir məktəblərdə nəinki zəif və güclü şagirdlər, hətta fiziki qüsuru olan şagirdlərin də digər şagirdlərlə bir yerdə təhsilini təşkil etmək nəzərdə tutulduğunu unudubmu? Keşmiş sinif yoldaşları tərəfindən sən “geri zəkalısan” deyilərək sinifdən qovulan bir şadird necə şəxsiyyət kimi formalaşa bilər? Yaxud da öz yoldaşına qarşı bu cür qəddar və ayrımçı davranan şagirddənmi şəxsiyyət yetişəcək? Hər bir məktəb direktoru ağlından keçəni edəcəksə, onda təhsildə bir xaos olmazmı? Məktəb direktoru “Təmayül siniflər” i hansı təlimata əsasən açıb və burada hansı maraqlar əsas götürülüb?
Bu hal, yəni siniflərin “təmayülləşməsi” keçən ildən başlamışdı. Lakin nəticəsi uğurlu olmadı. Belə ki, bu prosesə narazı olan valideynlər etiraz əlaməti olaraq övladlarını məktəbdən çıxartdılar və bu da siniflərin bağlanmasına səbəb oldu. Şagirdlərin məktəbdən axını hal-hazırda da davam edir.Əgər keçən ilki “Təmayülləşmənin” heç bir nəticəsi olmayıbsa, bu il də bunu təkrar etmək və həm də israrla təkrar etmək nə məqsəd daşıyır?
Bütün günü gözümün önündən o ananın ağlar gözləri və qulaqlarımdan hayqıran səsi getmədi və yadıma insanlar arasında Təhsil naziri haqqında danışılan bir əhvalat düşdü. Deyilənə görə bir abidəni restavrasiya etməli olan ustalar abidədə bir quşun yuva saldığını və bala çıxartdığını görüb, bunu o zaman bu işə məsul olan indiki nazirimizə söyləyiblər. Nazir quşlara acıyıb və balalarını uçurana kimi təmir işlərini təxirə salıb. Görəsən quşlara acıyan nazirimiz bu gün məktəb direktoru tərəfindən “təcrübə dovşanına çevrilən” şagirdlərin halına açıyacaqmı? Və bu gün gələcəyimizi öz nəfsinə qurban verən direktora və onun havaradlarına tutaraq söyləyirəm, mən nazirin qəbuluna düşüb bunu ondan sormaq üçün əlimdən gələni edəcəyəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031