Ərdoğanın pəhrizi hamıya şəfalı ola bilər – Tanınmış həkimdən MƏSLƏHƏT

30.03.2022 - 17:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 gün öncə Tokat şəhərinə ziyarəti zamanı son vaxtlar istifadə etdiyi bir qida pəhrizindən istifadə etdiyini dilə gətirməsi maraqla qarşılanıb.

Modern.az-ın məlumatına görə, Ərdoğan bildirib ki, gecə yatmazdan öncə 1 kasa qatığa 3-5 dənə Mədinə xurması, 1 çay qaşığı şabalıd balı və bir az da əzilmiş yulafı qarışdıraraq yeyir.

Bununla da Türkiyə Prezidenti mətbuatın onun haqqında ətdən və şirin şeylərdən imtina etməsi və 10 kiloqram artıq çəkidən xilas olması barədə yazdığını dolayısı ilə təsdiqləyib.

Tanınmış həkim Səxavət Əlisoy Rəcəb Tayyib Ərdoğanın qida pəhrizini sağlamlıq üçün çox şəfalı hesab edir.

“Cənab Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı yalnız mart ayında dünyanın 35 dövlətinin başçısı ilə görüşlər keçirib. Bu gərginlikdə Prezident Ərdoğanın intensiv iş rejimini üst səviyyədə saxlamaq üçün xüsusi pəhrizlərdən istifadə etməsi təqdirəlayiqdir.

Həkim olaraq, bu pəhrizdən hər kəsin yararlanmasını tövsiyə edərdim.

Hörmətli Rəcəb bəyin Azərbaycan üzərində haqqı böyükdür və bu səbəbdən də ona sağlıqlı ömür diləmək gərəkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=172398

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728