Azərbaycanda vaksin ehtiyatı nə qədərdir? – RƏSMİ
Bu gün Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdir.
Cumhuriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, vaksin baxımından ölkədə heç bir çatışmazlıq yoxdur:
“Ona görə də rahat şəkildə vaksinasiya prosesi davam edir. Artıq buster dozasının vaxtı çatan hər bir kəs peyvənd vurdurur”, – deyə nazir əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=173185