Türkiyədə yoluxma kəskin ARTDI

14.07.2022 - 12:50

Türkiyədə koronavirusa həftəlik yoluxma kəskin artıb.

Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 4-10 iyulda 117 min 95 yeni yoluxma aşkar edilib, 31 nəfər ölüb, sağalanların sayı isə 61 min 47 nəfər olub.

Türkiyədə ilk COVID-19 xəstəsinin aşkar edildiyi 2020-ci il martın 11-dən indiyədək yoluxmaların sayı 15 milyon 297 min 539-a yüksəlib, 99 min 88 nəfər dünyasını dəyişib.

İyunun 27-dən iyulun 3-dək aşkarlanan yoluxmaların sayı 57 min 113 olub. Müvafiq olaraq, əvvəlki həftə ilə müqayisədə yoluxanların sayı 60 min nəfər artıb.

Bu günə qədər tətbiq edilən peyvəndin ümumi miqdarı 148 milyon 117 min 265 dozaya çatıb.

Ən az 2 doza peyvənd qəbul edən 18 yaşdan yuxarı şəxslərin sayının ən yüksək olduğu 10 bölgə – Osmaniye, Ordu, Amasya, Muğla, Kırklareli, Çanaqqala, Əskişəhər, Balıkesir, Manisa və Zonguldakdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=178438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728