Yoluxma kəskin artarsa, modul xəstəxanaları açıla bilər – TƏBİB

20.07.2022 - 13:05

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, bununla da aktiv xəstə sayı 1096-ya çatıb.

Buna qədər yoluxma dinamikasında kəskin azalma müşahidə edildiyindən pandemiya vaxtı açılan modul tipli xəstəxanalar bağlanıb.

Bəs, qarşıdakı müddətdə aktiv xəstə sayı artmaqda davam edərsə, modul tipli xəstəxanaların fəaliyyətinin bərpası gözlənilirmi?

Məsələ ilə bağlı Cumhuriyyet.az-ın sorğusunu cavablandıran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, bununla bağlı mütəmadi təhlillər aparılır:

“COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır”.

TƏBİB rəsmisinin sözlərinə görə, hazırda mövcud çarpayı sayı yetərlidi.

Qeyd edək ki, 2022-ci ilin mart ayında Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=178962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930