Koronavirusla bağlı vəziyyət pisləşir – RƏSMİ
“Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
“Dünyada koronavirusla bağlı vəziyyət pisləşməsinin Azərbaycana da təsiri olacaq: “Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu gözlənilən haldır”, – deyə baş infeksionist deyib.
T.Eyvazov bildirib ki, növbəti dalğanı daha az itki ilə yola vermək üçün qaydalara riayət etmək lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=178977