Nazirlikdən uşaqlarla bağlı ciddi XƏBƏRDARLIQ

10.08.2022 - 16:36

Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.

Cumhuriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

“Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur. Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.

Bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər. Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir”, – Nigar Həsənova vurğulayıb.

Onun sözlərinə görə, uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Belə ki, uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=180470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728