SN: Pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq

02.11.2022 - 15:33

“Bu gün koronavirusa qarşı müqavimətin artması kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu iki yolla yaranır. Ya insan xəstələnib sağalır, ya da vaksinasiya olunur”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib:

“Xəstələnənlər isə 800 mindən bir qədər yuxarıdır. Bu onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir. Koronavirusun yeni mutasiya olunmuş ştammları meydana gələ bilər. Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30