ÜST: COVID-ə qarşı çox uzun yol qət etsək də, pandemiya hələ arxada qalmayıb

15.11.2022 - 12:31

COVID-19 göstərdi ki, sağlamlıq risk altında olanda hər şey risk altına düşür.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus G20 liderlərinin Zirvə toplantısında çıxışı zamanı deyib.

“Əsrin ən ağır sağlamlıq böhranı 6 milyon insanın həyatına son qoyub və ticarət, turizm, biznes, təhsil, geosiyasət və s sahələrə trilyonlarla dollar ziyan vurub. COVID-19-a qarşı kollektiv mübarizəmizdə çox uzun bir yol qət etmişik, lakin pandemiya hələ arxada qalmayıb”, – Tedros Adhanom Qebreyesus qeyd edib.

ÜST-ün baş direktoru bütün ölkələri daha sağlam, təhlükəsiz, daha ədalətli və firavan dünya qurmaq üçün prioritetlərlə bağlı sayıq qalmağa çağırıb.

“Biz bütün ölkələri sağlamlıq, rifahı təşviq etməyə və xəstəliklərin qarşısının alınması istiqamətində paradiqma dəyişikliyi etməyə çağırırıq. Sağlamlığa təhdid yardan əsas səbəblər – insanların yediyi yemək, içdikləri su, nəfəs aldıqları hava, yaşadıqları və işlədikləri şəraitlə bağlıdır”, – ÜST-ün baş direktoru deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30