TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq edib
Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.
Cumhuriyyet.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil:
“Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVİD-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.
Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.
Short URL: http://www.cumhuriyyet.net/?p=191316