Rusiyada aclıqdan ölməyə məhkum edilən Oleq Sentsov kimdir

16.08.2018 - 14:50

Oleq Sentsov ismi kino aləmində ən çox tanınanlardan birinə çevrilib. Lakin bu şöhrəti o çəkdiyi filmlərlə qazanmayıb.

Ukraynanın hazırda Rusiyanın işğalı altında olan Krım vilayətinin Simferopol şəhərində dünyaya gələn Sentsov 2011-ci ilə qədər internet-klub işlədib. Həmin il isə o, video-geymerlər (oyunçu) haqqında öz imkanları ilə “Qamer” adlı film çəkir. Cəmi 20 min dollarlıq büdcə ilə çəkilən bu film doğulduğu şəhərin kinoteatrlarında anşlaqa səbəb olur.

“Qamer” Rotterdam kinofestivalında, Xantı Mantiyskidə keçrilən “Od ruhu “festivalında, Odessa beynəlxalq kinofestivalında xüsusi mükafatlara layiq görülür.

2013-cü ildə isə o, artıq büdcəsi 1 milyon dollar olan“Kərgədan” filminin çəkilişlərinə başlayır.

Sentsov rusların Krımı işğal etməsinə etiraz etdiyi üçün 2014-cü ilin may ayının 10-da “terrorçuluq maddəsi ilə həbs edilir. 2015ci ildə o, Şimali Qafqaz hərbi dairə məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum olunur.

Bütün bunlara, o cümlədən həbsxanada başına gətirilən olmazın işgəncələrə etiraz olaraq Oleq Sentsov 90 gündən çoxdur ki, aclıq aksiyasını davam etdirir. Ukraynalı dissident Rusiya məhkəmələrində qeyri-qanuni olaraq tutulan bütün siyasi məhkumların buraxılmasını tələb edir.

Onun vəkili Dmitri Dinzenin sözlərinə görə, məhkum özünü halsız hiss etsə də, kitab oxuyur, yazır, hətta növbəti ssenarisini bitirmək üzrədir.

Картинки по запросу oleg sentsov arestovan

Keçən həftə isə vəkil müvəkklinin artıq ölməyə hazır olduğunu bəyan edib. Aclıq aksiyasından bu yana Sentsov 30 kiloqramdan çox çəki itirib və ürəyində ciddi problemlər yaranıb.

Sentsovun aclıq etdiyi vaxtdan bu yana kino və mədəniyyət aləminin ukraynalı rejissorun azad olunması ilə bağlı etdiyi bütün cəhdlər boşa çıxıb.

Qərb mətbuatının yazdığına görə, Sentsovla ilə bağlı imza verənlərin sırasında Fransanın mədəniyyət naziri Fransuaza Nissen, rejissor Jan Lük Qodar, britaniyalı rejissor Ken Louç, yazıçı Delfina de Viqan kimi isimlər də var.

Картинки по запросу oleg sentsov

Rejissorun səhhəti ilə hətta prezident Emmanuel Makron şəxsən keçən həftənin 5-ci günü rusiyalı həmkarı Vladimir Putinə zəng edərək maraqlanıb.

Bu gün isə BMT-nin Media hüquqları və fikir azadlığı üzrə xüsusi məruzəçisi Devid Key (ABŞ), BMT-nin İnsanların fiziki və psixi sağlamlıq hüquq üzrə xüsusi məruzəçisi Danyus Puras (Litva), habelə Birləşmiş Millətlərin hüquq müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forst (Fransa) onun azad edilməsi ilə bağlı müraciət imzalayıblar.

“Putinə sovet rejimi tərəfindən tutulan dissident Anatoli Marçenkonun taleyini və daha sonra sovet rejiminə nə olduğunu xatırlatmaq lazımdır. 1986-cı ilin avqustun 4-də aclıq aksiyasına başlayan Marçenko da həmin vaxt SSRİ-də tutulan bütün siyasi məhkumların azad olunmasını tələb edirdi. 117 günlük aclıqdan sonra azad olunan Marçenko cəmi bir neçə gün keçməmiş canını tapşırdı. 5 il sonra isə Sovet İttifaqının özü yoxa çıxdı..”, – Fransanın “Mediapart” internet qəzetindən Pyer Haffner yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121759

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930