AŞ-da ilk azərbaycanlı prezident seçildi

06.12.2018 - 10:20

Dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib.

“Report” Avropa Şurasına istinadən xəbər verir ki, bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

Plenar iclasda, həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti və Bürosunun iki üzvü vəzifələrinə Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125298

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930