Şahin Mustafayev birinci müavin gətirilir? – 74 yaşlı Yaqub Eyyubov “yoxa çıxıb”

08.11.2019 - 12:40

4Prezidentin Əli Əsədovu baş nazir təyin etməsinin ardınca baş nazir müavinlərindən Əli Həsənov və Hacıbala Abutalıbovun təqaüd yaşlarının keçməsi ilə əlaqədar istefa ərizəsi yazmaları Nazirlər Kabinetini xüsusi diqqət mərkəzinə gətirib.

Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun istefasının prezident İlham Əliyev tərəfindən qəbul edilməsindən sonra baş nazir müavinlərinin sayı ikiyə enmişdi. Baş nazir Əli Əsədov bir neçə gün iki müavinlə-baş nazirin birinci müavini Yaqub Eyyubov və baş nazirin müavini Əli Əhmədovla işləməli oldu. Son 25 ildə ilk dəfəydi baş nazirin müavinlərinin sayı bu qədər az idi.

Təkcə keçən il-2018-ci ilin 11 aprel prezident seçkisindən öncə baş nazirin 6 müavini var idi. Bunlar birinci müavin Yaqub Əyyubov, müavinlər Abid Şərifov, Elçin Əfəndiyev, Əli Əhmədov, Əli Həsənov, İsmət Abbasov idi.

2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra ölkə prezidenti İlham Əliyevin formalaşdırdığı Nazirlər Kabinetində baş nazir müavinlərinin sıralarında dəyişiklik oldu. Belə ki, yeni təyin olunan baş nazir Novruz Məmmədova köhnə baş nazir müavinlərindən Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla işləmək qismət olmadı. Prezident onları vəzifədən kənarda saxladı. Abid Şərifovun yerinə Hacıbala Abutalıbov təyin edildi. Digər ikisinin yeri isə boş saxlandı. Beləliklə, 2018-ci ilin aprelindən sonrakı dövrdə baş nazir 4 müavinlə işlədi. Birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Həsənov, Əli Əhmədov, Hacıbala Abutalıbov.

Bu ilin 21 oktyabrında onlardan ikisinin-Əli Həsənov və Hacıbala Abutalıbovun vəzifədən getməsi baş nazir müavinlərinin sayını 2-yə endirdi. Ardınca bir gün sonra prezident İlham Əliyev Şahin Mustafayevi baş nazirin müavini təyin etdi və müavinlərin sayı 3-ə çatdı. Hazırda da baş nazir müavinlərinin sayı 3-dür.

Müavinlər Əli Əhmədov və Şahin Mustafayev aktiv görünsələr də 74 yaşlı birinci müavin Yaqub Eyyubov demək olar ki, gözə dəymir. Bu yaxınlarda onun istefa ərizəsi yazdığı haqda xəbərlər yayılsa da hələ ki rəsmi təsdiqini tapmayıb. Qeyd edək ki, Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini işləyib. 2003-cü ildən baş nazirin birinci müavinidir.

Onun istefasının gerçəkləşməsindən sonra birinci müavin postuna Şahin Mustafayevin gətiriləcəyi ehtimal edilir(musavt.com).

Qeyd edək ki, sonuncu dəfə Eyyubov ictimaiyyət arasında sabiq həmkarları Hacıbala Abutalıbov və Əli Həsənovun istefasından bir gün sonra görünüb. Onların istefasına şərh verməyəcəyini deyən Yaqub müəllim o vaxtdan nə mətbuatda, nə də televiziya kanallarında görünüb. Hətta nə qədər qəribə olsa da o,  bir qədər əvvə Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısına qatılan çoxsaylı  tədbir iştirakçlarının heç birinin qarşlanmasına qatılmadı.

1538035226_15380347422904643332_1000x669Hər zaman Azərbaycana gələn yüksək çinli xarici qonaqların qarşılanması səhnəsində fəal rol alan Yaqub Eyyubovun bu qədər qonaqdan heç birinin qabağına çıxmaması və uzun müddətdir görünməməsi təbii ki, onunla bağlı suallar yaradıb. “Yaqub Eyyubov hardadır” sualına hələlik cavab verən olmadığından, müxtəlif ehtmallar irəli sürülür.

Ehtimallardan biri budur ki, onun da istefa ərizəsi artıq alınıb  və uyğun bir vaxtda elan ediləcək.

Digər bir ehtimala  görə isə, Yaqub Eyyubov səhhəti ilə bağlı məzuniyyət götürüb və  istefa “dalğasının” ötüb keçməsini gözləyir. 

AzPolitika.info.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031