Putin Avrasiya İttifaqı sammitində Paşinyanın “ağzından vurdu”

19.05.2020 - 16:12

Ali Avrasiya İqtisadi İttifaqının (AAİİ) iclasında Ermənistanın baş naziri Nikol Paşinyan qurumun ümumi enerji bazarının yaradılması və qaz qiymətlərinə vahid yanaşma məsələsini qaldırıb.

Virtualaz.org-un “İnterfaks”a istinadən məlumatına görə, buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vahid tarif yalnız vahid büdcə və vahid vergi sisteminin olduğu bazarda tətbiq edilə bilər.

“Bu inteqrasiya səviyyəsinə çatmayana qədər qaz qiymətləri bazar şərtləri əsasında formalaşdırılmalı, tədarükçülərin xərcləri və investisiyaları nəzərə alınmalı və istehsalata yatırılan kapitala uyğun gəlir dərəcəsi təmin edilməlidir”,-V.Putin deyib.

Putin xatırladıb ki, tranzit və qaz nəqli üçün tariflərin müəyyən edilməsi məsələsi Avrasiya İqtisadi İnteqrasiyasının 2025-ci ilədək inkişafına dair Strateji istiqamətlər layihəsinə daxil edilib.

Putinin fikrincə, məsələ Strategiya layihəsindən çıxarılmalıdır: “Erməni və belaruslu dostlarımızın mövqeyi dəyişməz qalsa, ehtimal ki, qazla əlaqəli maddənin təsdiqlənməsi üçün strategiya layihəsindən çıxarılması məntiqli olardı. Qaz qiymətlərinə yanaşmaların müzakirəsi üzv dövlətlərin ekspertləri və Avrasiya İqtisadi Komissiyası tərəfindən davam etdirilə bilər”.

Onun sözlərinə görə, Rusiyanın mövqeyi Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənir. “Üç ölkə – Rusiya, Qazaxıstan və Qırğızıstan tərəfindən dəstəklənən bir düstur var. Bunun mahiyyəti odur ki, qazın qiymətinə dair yanaşmalar, sonradan AAİİ bazarının formalaşdırılması ilə bağlı danışıqlarda müəyyən oluna bilər. Ermənistan və Belarusdan olan həmkarlarımız bu düsturu hələ qəbul etməyiblər, onların öz fikirləri var. Əgər onlar onunla razılaşa bilsələr, strategiyanı ümumiyyətlə təsdiqləmək üçün başqa heç bir maneə olmazdı”,-deyə Rusiya lideri vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930