“Tam qələbə üçün bir şey qalmayıb, şad xəbərlər bizi gözləyir” – Polkovnik

15.10.2020 - 15:03

“Bu dəqiqə Ermənistanda hakimiyyət yoxdur. Ordu özbaşına, prezident özbaşına, baş nazir özbaşına, xalq özbaşına… Hərə öz hayındadır”.

Bunu Milli.Az-a açıqlamasında ehtiyyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.

Polkovnik bildirib ki, Azərbaycan xalqı ayağa qalxıb və artıq oturmaq istəmir, tam qələbəyə qədər bu davam edəcək:

“Ermənistan ordusu bilmir hara gizlənsin, cəbhə bölgəsindən necə qaçsın. Nikol Paşinyan nə qoşunlarını idarə edə bilir, nə də ordu rəhbərliyi qalıb. Onlarda vəziyyət çox gərgindir. Ona görə, xaotik, axırıncı nəfəslərində can verə-verə düşünürlər ki, nəsə edələr, Azərbaycan xalqında panika yaradalar. Amma bu xalq həmin xalq deyil.

Bu, 25-30 il bundan qabaq olan xalq deyil. Xalq ayağa qalxıb və artıq oturmaq istəmir. Tam qələbəyə qədər bu davam edəcək. Tam qələbə üçün də, bir şey qalmayıb.

Qələbə artıq bizimdir

Düşmənin bel sütunu sınıb, artıq başqa bir əlacları da yoxdur. İndi Ermənistan höküməti hansı qərara gələcəksə, o artıq üçüncü söhbətdir. Amma qələbə artıq bizimdir, bunu bütün dünya təsdiq edir. Döyüşlərin gedişatı bunu bir daha təsdiq edəcək. Yaxın günlərdə yenidən şad xəbərlər bizi gözləyir.

Bu, Ermənistan ordusunun məğlubiyyəti deməkdir

28 il hazırlanan müdafiə mövqelərini, istehkam qurğularını əgər Azərbaycan ordusu bir neçə gün ərzində dağıdıb, parçalayıb, müdafiəsini yarıb, dərinliyinə irəliləyibsə və bunu artıq dövləti idarə edə bilməyən baş naizləri Nikol Paşinyan etiraf edirsə, deməli bu məğlubiyyət deməkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156108

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930