Mirzoyan Ceyhun Bayramovla söhbətinin detallarını AÇIQLADI

13.04.2022 - 17:34

İrəvan Qarabağ probleminin həllini ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında görür.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə günü parlamentdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla telefon danışığının məzmunu barədə çıxış edərkən deyib.

“Söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Biz ötən il ərzində nələrin müzakirə olunduğu barədə danışdıq, iki ölkə liderlərinin Brüssel görüşündə qeydə alınan məsələləri müzakirə etdik. Xüsusilə, işçi qrupunun yaradılması mexanizmləri müzakirə obyekti oldu.

Bundan əlavə, sülh yolu ilə nizamlanmaya dair sənədin hazırlanması üzrə danışıqlar prosesinə başlamaq və bunun üçün tərəflərin yanaşmaları müzakirə olundu.

ATƏT-in Minsk qrupunun həmsədrliyinin formatına gəlincə, Ermənistanın bütün yanaşmaları qüvvədə qalır. Ermənistan tərəfi Qarabağ məsələsinin həllini bu formatda görür. Təəssüf ki, hazırda həmsədr ölkələr arasında ziddiyyətlər məlum səbəblərdən birgə müzakirə təşkil etmək üçün əlverişli deyil”, – Mirzoyan çıxışında vurğulayıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Tərəflər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının təşkili, eləcə də humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173456

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930