“Ermənistan xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır” – Paşinyan

14.04.2022 - 15:44

“Ermənistan xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır”.

Cumhuriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı danışarkən deyib

“Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik və ya vermək istəyirik. Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarını davam etdirərdik. Beləliklə, Qarabağı təslim edərdik”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağda referendum keçirilməliydisə, o zaman bu, tərəflərin razılaşdırdığı müddətdə baş tutmalıydı. Amma artıq Azərbaycan tərəfi bəyan edib ki, azərbaycanlıların Qarabağa qayıtmasından sonra yaxın 50 il ərzində referendum keçirilməyəcək.

Paşinyan qeyd edib ki, Qarabağda əsas müharibə Şuşa uğrunda aparılıb.

“Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu, belə deyil. Bizə deyirlər ki, müharibəni dayandıraydınız. Bəs biz müharibəni dayandırmağı düşünməmişik? Ya da deyirlər ki, müharibənin qarşısını alaydınız, guya, biz müharibənin qarşısını almaq haqda düşünməmişik? Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Mən bu barədə dəfələrlə danışmışam”, – Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, müharibədə ölən erməni hərbçilər Qarabağı təslim etməmək üçün döyüşüblər.

“Əgər fərqli yol tutsaq, Qarabağı hissə-hissə təslim edəcəyik. Fərrux hadisələri buna örnəkdir. Bir-birimizi aldatmayaq, bəsdir”, – baş nazir bildirib.

Dünənki çıxışı ilə bağlı o, bəyan edib ki, ölkə hakimiyyəti Ermənistan və Qarabağa dövlətçiliyi qoruyub saxlamaq üçün yol açır:

“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın “qurbanlıq qoyun” statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Mən bu gün deyirəm, Ermənistan müstəqil ölkədir və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışırıq. Biz vətəndaşıq, qurbanlıq qoyunlar deyilik ki, müxtəlif yerlərdə bizi necə kəsəcəklərinə və ya bizi bağışlayacaqlarına qərar versinlər”, – Paşinyan vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173534

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930