Paşinyan Şarl Mişellə danışıqlar APARDI
Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Avropa İttifaqı Şurasının prezidenti, Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da Brüsseldə keçirilən görüşü zamanı əldə olunmuş razılaşmaların icrası, regiondakı vəziyyət və Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=173792